1С Предприятие 8.3.8 + 1С Бухгалтерия 8.3 demo və tədris versiyasının
pulsuz yüklənməsi
Ən çox yayılmış 1C proqram paketinin yenilənmiş versiyası: "1С Предприятие 8.3.8" platforması (tədris üçün) və "1С Бухгалтерия 8.3" konfiqurasiyası 3.0.35 redaksiyasında.
Proqramın tədris versiyasında bəzi məhdudiyyətlər var. Lakin, məhdudiyyətlər proqramın normal işləməsinə və istifadəsinə təsir etmir.
Ən vacibi isə odur ki, produktun elektron versiyası (qutusuz və kitablarsız) 1C şirkəti tərəfindən PULSUZ yayılır.
Proqramı yükləməkdən öncə proqramın tədris versiyasının məhdudiyyətləri ilə tanış olun:
Hesabların cədvəllərində yazıların maksimal sayı - 500;
Obyektlərin əsas cədvəllərində yazıların maksimal sayı - 200;
Obyektlərin cədvəl hissələrində yazıların sayı - 1000;
Yazıların yığımlarında yazıların sayı - 1000
Xarici məlumat mənbələrinin yazılarının sayı - 200;
Kliyent-server variantında işləmək mümkün deyil;
Paylanmış informasiya bazalarının işi dəstəklənmir;;
COM-birləşmə dəstəklənmir;
İstifadəçilər üçün parollardan istifadə və əməliyyat sisteminin autentifikasiyası imkanı yoxdur;
Sənədlərin çap edilməsi və yaddaşda saxlanılması yalnız Konfiqurator rejimində mümkündür;
1C:Предприятие rejimində sənədin yalnız 1 xanasında olan məlumatların sürətinin çıxarılması mümkündür;
Tədris versiyasının işləməsinin sürəti adi 1С Предприятия 8.3 versiyasından çox aşağıdır;
İnformasiya bazası ilə eyni vaxtlı seansların miqdarı bir seans tərəfindən məhdudlaşdırılıb.
Tədris versiyasının aparat və ya proqram müdafiəsi yoxdur.
Verilmiş proqram məhsulu haqqında daha ətraflı informasiyanı “1C:Müəssisə 8” sistemin saytının www.v8c.ru/edu bölməsində tapmaq olar .
Hal-hazırda 1С Предприятие 8.3.3.687 tədris versiyasının yüklənməsi mümkündür.
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Müəlliflərə:
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.