AzMuhasib - Istehsalat.
«AzMühasib–İstehsalat» proqramı - istehsal müəssisələrinin
anbarlarında xammal və materialların, sexlərdə hazır məhsulların,
kassada (bankda) pul vəsaitlərinin və müştərilərlə
qarşılıqlı borclar uçotunun aparılması üçün
nəzərdə tutulmuşdur. Proqramda həmçinin hazır məhsulun maya
dəyəri və müəssisənin maliyyə-təsərrüfat
fəailiyyətinin nəticələri haqqında geniş hesabat
materiallarının əldə edilməsi mümkündür.
Proqramın interfeysi 3 dildədir (azərbaycan, ingilis və rus) və
Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.
Proqramın Strukturu
Istehsalatda (mətbəxdə, sexdə) hazır məhsulun istehsalı ilə
əlaqədar olaraq xammalın silinməsi proqramda avtomatik yerinə yetirilir.
Bunun üçün qabaqcadan hər bir hazır məhsulun tərkibinə daxil olan
inqrediyent normaları (resepturalar) işlənilir.
Xammalın bir obyektdən digərinə yerdəyişməsi mümkündür.
Müştərilər tərəfindən ödənilən borc
məbləğləri proqramın kassa modulunda mədaxil və məxaric
orderlərində işlənilir və avtomatik olaraq borcların bağlanmasına
yönəldilir.
Mədaxil və məxaric olunan məbləğlər kassa və bank hesabatlarında
hərəkət və qalıq cədvəllərində əks olunur.
Işlənilmiş məlumatların son nəticəsi müəssisənin
gəliri və zərəri haqqında ətraflı məlumat almaq imkanı verir.
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına
və kompüterdə iş təcrübəsi az olan istifadəçilər
tərəfindən asanlıqla mənimsənilməsinə zəmanət verilir.
Proqramı işlətmək üçün mühasibatlıq biliyi tələb
olunmur. Müəyyən qədər kompüter təcrübəsi və
müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu
proqramı çox qısa bir müddətdə istismar edə bilər.
|