"Ticarət" (anbar və satış) proqramı idarə, müəssisə və təşkilatların anbarlarında, topdansatış və pərakəndə ticarət şəbəkələrində mal-material və pul vəsaitləri uçotunun avtomatlaşdırılması, borclara operativ nəzarət edilməsi, maliyyə - təsərrüfat fəaliyyətinin nəticələri haqqında geniş hesabat materiallarının əldə edilməsi məqsədilə yaradılmışdır.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZ və RU şriftlərində işləmək mümkündür.
Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında lokal şəbəkədə işləyir.
Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.
Proqramda istənilən sayda obyektdə (anbar, mağaza, sex və s.) malların uçotunu aparmaq, bir obyektdən digərinə yerdəyişmə əməliyyatlarını, həmçinin istehsal prosesini yerinə yetirmək mümkündür. Alınmış və yaxud satılmış malların geri qaytarılması imkanı var.
Malların mədaxili və məxarici istənilən valyutada aparıla bilər. Hər bir valyuta üzrə kursun xronologiyası gündəlik işlənilir.
Proqramda istənilən sayda kassa və bank hesablarını qeydiyyata almaq mümkündür. Hər bir kassa və ya bank hesabı üzrə müxtəlif valyutalarda uçot aparmaq olur.
Mal və pul əməliyyatlarının nəticəsi müştərilərinin borc jurnallarında müvafiq qaydada öz əksini tapır. Əməliyyatların müxtəlif valyutalarda aparılmasına baxmayaraq, proqram hər bir müştəri üzrə borcları onun üçün təstiq olunmuş valyutaya əsasən, müvafiq valyuta kursları üzrə nizamlayır. Proqramda malıgöndərənlər və alıcılar üzrə vaxtı keçmiş borclara nəzarət etmək mümkündür.
Mal alışı və mal satışını sifarişlər üzrə reallaşdırmaq imkanı vardır. Geniş şəbəkə sistemində qurulmuş proqram vəzifə bölgüsünə uyğun olaraq, sifarişlərin satıcılar tərəfindən tərtibatına və malların maddi-məsul şəxslər tərəfindən buraxılmasını təsdiq etməyə imkan verir.
Proqramda müəssisənin kommersiya fəaliyyətinin nəticələri haqqında müxtəlif hesabat formaları mövcuddur:
- Alış və satış sifarişlərinin yerinə yetirilməsi haqqında məlumatlar
- Malların mədaxili və məxarici haqqında hesabatlar
- Malların hərəkəti və qalığı haqqında cədvəllər
- Malların anbarlar arasında yerləşdirilməsi haqqında hesabat
- Malların müxtəlif xüsusiyyətləri haqqında analitik hesabatlar
- Borcların müştərilər üzrə ümumi hesabatı
- Hər bir müştəri üzrə borcların açılışı (sənədlər və mallar səviyyəsində)
- Vaxtı keçmiş borclara nəzarət
- Kassalarda və banklarda pul vəsaitinin ümumi dövriyyəsi
- Hər bir kassa və ya bank üzrə analitik hesabatlar
- Satışdan əldə olunan gəlir və zərər haqqında analitik hesabatlar
- Müştərilər və satıcılar üzrə satışın rentabelliyi haqqında hesabatlar
- Müəssisənin mənfəəti və yekun balansı
"Ticarət" proqramı istifadədə sadə, imkanlarda geniş bir proqramdır. Proqramın tətbiqi üçün mühasibatlıq biliyi tələb olunmur. Kompüterdə müəyyən qədər iş təcrübəsi olan və müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu proqramı çox qısa bir müddətdə tətbiq edə bilər.
|