"AzMuhasib v1.1" proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq köhnə standartlar (köhnə hesablar planı) əsasında uçot aparan ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun avtomatlaşdırılması məqsədilə yaradılmışdır.
Proqramda maliyyə hesabatlarının avtomatik olaraq Milli Muhasibat Uçotu Standartları formasında alınması imkanı var.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatlarını paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZ və RU şriftlərində işləmək mümkündür.
Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var. Məlumatları qabaqcadan hazırlanmış şablonlar (standart yazılışlar) vasitəsi ilə daxil etmək, istənilən hesab üzrə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.
Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.
"AzMuhasib v1.1" proqramı aşağıdakı bölmələrdən ibarətdir:
Mühasibat yazılışlarının daxil edilməsi (memorial order), sənədlərin və hesabatların avtomatik hazırlanması:
- Baş kitab
- Hesablar, subhesablar, debitor/kreditor və təhtəl-hesab şəxslər üzrə dövriyyə cədvəlləri
- Şahmat cədvəli
- Avans hesabatı
- Kassa və bank hesabatları
- Debitorlar və kreditorlar üzrə analitik uçot
- Satış üzrə analitik uçot
- Xərclər üzrə analitik uçot
- Cari hesablar üzrə gündəlik və dövri hesabatlar
- Balans
- Maliyyə hesabatları
Kassa sənədləri:
- Mədaxil orderləri
- Məxaric orderləri
Bank sənədləri:
- Hesab-faktura
- Ödəniş tapşırıqları
- Valyuta köçürmələri
"AzMuhasib v1.1" proqramının digərlərindən fərqli xüsusiyyətləri:
- Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmışdır
- Azərbaycan, Rus və İngilis dillərində işləmək və həmin dillərdə Excel proqramına eksport etmək imkanı var
- İstənilən sayda müəssisənin uçotunu aparmaq mümkündür
- Nizamlama imkanları geniş və sadə formadadır
- Qanunvercilikdə və təlimatlarda dəyişiklik olduqda bunların bilavasitə istifadəçi tərəfindən yerinə yetirilməsi mümkündür
- Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır
Diqqət: "AzMuhasib v1.1" proqram paketinə əlavə olaraq, "Əsas vəsaitlər", "Əmək haqqı" və "Anbar" modulları daxildir
|