"AzMuhasib v2.0" (şəbəkə) proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq korporativ təşkilatlarda mühasibat uçotunun "Milli Mühasibat Uçotu Standartları" əsasında avtomatlaşdırılması məqsədilə yaradılmışdır.
Proqram mülkiyyət formasından asılı olmayaraq bütün sahələrin - büdcə, kommersiya, qeyri-hökümət təşkilatları, siyasi partiyalar və s. müəssisə və təşkilatların mühasibat uçotunun avtomatlaşdırılmasını təmin edir.
Proqramda həm köhnə, həm də Beynəlxalq Standartlara uyğun hesablar planı əsasında uçot qurmaq olur. Hal-hazırda proqramın büdcə, kommersiya təşkilatları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartlarına (MMUS) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun xüsusi modulları mövcuddur.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatlarını paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var.
Məlumatları sərbəst şəkildə və ya qabaqcadan hazırlanmış şablonlar (sadə və mürəkkəb yazılışlar forması) vasitəsi ilə daxil etmək və hesablar üzrə 3 səviyyədə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.
Proqram MS SQL bazasında local şəbəkədə işləyir. Proqram MS Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir və "unicode" şriftlərini dəstəkləyir.
"AzMuhasib v2.0" proqramı aşağıdakı bölmələrdən ibarətdir:
Mühasibat yazılışlarının əməliyyat jurnalına işlənməsi, sənədlərin və hesabatların avtomatik hazırlanması:
- Baş kitab
- Baş hesablar, subhesablar, kontragentlər, bank hesabları, xərclər, təhtəl-hesab şəxslər və s. üzrə dövriyyə cədvəlləri və açılışlar
- Hesabların jurnalları
- Cari hesablar üzrə gündəlik və dövri hesabatlar
- Balans
- Qanunvericilikdə tələb olunan və müəssisələrin profilinə uyğun Maliyyə hesabatları
"AzMuhasib v2.0" proqramının fərqləndirici xüsusiyyətləri:
- Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış yerli proqram təminatıdır və proqram yerli mütəxəssislər tərəfindən dəstəklənir
- Azərbaycan, rus və ingilis dillərində işləmək və həmin dillərdə Excel proqramına eksport etmək imkanı var
- Hazır proqram təminatıdır və istifadəçi səviyyəsində nizamlama imkanları sadə və rahatdır
- Maliyyə hesabatlarında müvafiq əlavə və dəyişikliklər bilavasitə istifadəçilər tərəfindən icra edilə bilər
- Proqramın mənimsənilməsi və uçotun qurulması çox qısa bir müddətdə tamamlanır (təqribən, 1-2 həftə)
- Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır
|