Torpaq vergisi kalkulyatoru
Hesablamanın alqoritmi
Sadələşdirilmiş vergi məbləği (yaşayış sahələri üzrə) = Sahəsi * 15 manat * Zona əmsalı
Sadələşdirilmiş vergi məbləği (qeyri-yaşayış sahələri üzrə) = Sahəsi * 15 manat * Zona əmsalı * 1.5
|
|
AR Vergi Məcəlləsinin 218.4.3 maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.
Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır:
- fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
- vergi ödəyicisinin ailə üzvlərindən yaşayış və qeyri-yaşayış sahələrinin hədiyyə, maddi yardım və miras formasında alınması;
- "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin dövlət tərəfindən alınması;
- yaşayış və qeyri-yaşayış sahələri ər və arvad arasında verildikdə
- yaşayış və qeyri-yaşayış sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
Vergi notarius tərəfindən hesablanır və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir. Bir sözlə desək notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanması və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notarius daşıyır. Notarius vergi məbləğini birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutur.
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Hesablama zamanı, yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazıdən asılı olaraq, baza məbləği müvafiq zonaya aid əmsala vurulur.
Birinci zona üçün 4.0, ikinci zona üçün 3.0, üçüncü və dördüncü zonalar üçün 2.2, Beşinci və altıncı zonalar üçün 1.8, yeddinci, səkkizinci və doqquzuncu zonalar üçün 1.5, onuncu, onbirinci və onikinci zonalar üçün 1.2.
Tikilən bina Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə - 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, - 0.5 əmsalları tətbiq olunur.
Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi əlavə olaraq 1.5 əmsalına vurulur.
|
|
|
|