Excel proqramında tarixlər arasında olan intervalı ölçmək üçün DATEDIF() (rus versiyasında РАЗНДАТ())funksiyası mövcuddur.
Bu funksiyanı Funksiyalar siyahısında tapa bilməyəcəksiniz, o standart funsiyalar siyahısında yoxdur. Onu yalnız özünüz xanaya yazıb işlədə bilərsiniz.
Funksiyanın strukturu aşağıdakı kimidir:
DATEDIF( start_date, end_date, interval )
РАЗНДАТ(начальная_дата; конечная_дата; способ_измерения)
Sonuncu argument - interval (способ_измерения), əvvəlinci və sonuncu tarixlər arasındakı intervalı nə cür və hansı ölçü vahidləri ilə ölçdüyünü göstərir.
Bu argument aşağıdakı ölçülər ilə ola bilər:
Y - tam illərin sayı;
M - tam ayların sayı;
D - tam günlərin sayı;
MD - günlər arasındakı fərq (illər və aylar nəzərə almadan)
YM - aylar arasındakı fərq (günlər və illər nəzərə almadan)
YD - illər arasındakı fərq (günlər və aylar nəzərə almadan)
Misal üçün, işçinin iş stajını hesablamaq və ekrana gətirmək olar. Bunun üçün xanaya aşağıdakı formulu daxil etmək lazımdır:
=РАЗНДАТ(A1;A2;"y")&" il. "&РАЗНДАТ(A1;A2;"ym")&" ay. "&РАЗНДАТ(A1;A2;"md")&" gün."
və ya Excel-in ingilis versiyasında:
=DATEDIF(A1;A2;"y")&" il. "&DATEDIF(A1;A2;"ym")&" ay. "&DATEDIF(A1;A2;"md")&" gün."
burada A1 xanası işə daxil olma tarixidir, A2 xanası işdən çıxma tarixidir.
Faylı yükləyin
|