Excel proqramında məzuniyyət günlərinin hesablanması üçün NETWORKDAYS.INTL() (rus versiyasında ЧИСТРАБДНИ.МЕЖД())funksiyası mövcuddur.
Funksiya bayram və istirahət günlərini nəzərə alaraq iki tarixlər arasında iş günlərinin sayını hesablayır. İstirahət və bayram günləri iş günü sayılmır.
Funksiyanın strukturu aşağıdakı kimidir:
NETWORKDAYS.INTL( start_date, end_date, [weekend], [holidays] )
ЧИСТРАБДНИ.МЕЖД(нач_дата; кон_дата; [выходной]; [праздники])
Argumentlər bunlardır:
start_date - mütləq arqumentdir, dövrün əvvəlini göstərir;
end_date - mütləq arqumentdir, dövrün sonunu göstərir;
[weekend] - mütləq deyil, dövrün əvvəlindən sonuna kimi olan istirahət günlərini göstərir. Nömrə və ya sətir ilə istirahət günlərini göstərmək olar
Nömrələr aşağıdakı günləri göstərir:
İstirahət gününün nömrəsi
1 və ya boş - şənbə, bazar
2 - bazar, bazar ertəsi
3 - bazar ertəsi, çərşənbə axşamı
4 - çərşənbə axşamı, çərşənbə
5 - çərşənbə, cümə axşamı
6 - çümə axşamı, cümə
7 - cümə, şənbə
11 - yalnız bazar
12 - yalnız bazar ertəsi
13 - yalnız çərşənbə axşamı
14 - yalnız çərşənbə
15 - yalnız cümə axşamı
16 - yalnız cümə
17 - yalnız şənbə
Xəttli rəqəmlərdən də istifadə etmək olar. Belə olduqda, 7 ədəd 0 rəqəmi istifadə edilir - "0000000".
Əgər istirahət günü Şənbə-Bazar-dırsa, son iki rəqəm 1 olacaq, bu zaman, rəqəm olacaq "0000011".
İstirahət günü Cümə günüdürsə, o zaman, olacaq "0000100"
[holidays] - mütləq deyil, iş günləri təqviminə daxil edilməməli bir və ya bir-neçə tarixdır. "holidays" arqumenti bayram tarixlərini əks etdirən xanaların diapazonu olmalıdır;
Misal üçün, işçinin məzuniyyət günlərini hesablamaq və ekrana gətirmək olar. Bunun üçün xanaya aşağıdakı formulu daxil etmək lazımdır:
=ЧИСТРАБДНИ.МЕЖД
(A1,A2,"0000000",D1:D5)
və ya Excel-in ingilis versiyasında:
=NETWORKDAYS.INTL(A1,A2,"0000000",D1:D5)
burada A1 xanası məzuniyyətin əvvəli
A2 xanası məzuniyyətin sonudur, D1:D5 - bayram tarixləridir.
Faylı yükləyin
|