|
"Günəş Sistemi" mühasibat uçotu proqramlar paketi "Link&A" MMC tərəfindən müəssisə və təşkilatlarda mühasibat uçotunun aparılması üçün hazırlanıbdır.
"Günəş Sistemi" proqramlar paketi mühasibat uçotunun bütün sahələrini əhatə edir və, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda mühasibat uçotunun kompüterdə aparılmasına imkan yaradır.
"Günəş Sistemi" mühasibat uçotu proqramlar paketi aşağıdakı modullardan ibarətdir:
- Ümumi mühasibat
- Anbar uçotu
- Əmək haqqı üzrə hesablaşmaların uçotu
- Əsas vəsaitlər və onların amortizasiya uçotu
- İstehsalat uçotu
- Valyuta kursunun uçotu
- İlkin sənədləşmə
- Bəyannamələr
- Kadr uçotu
- Hesabatların icmalı
- Hesabatların generasiyası
"Günəş Sistemi" proqramlar paketinin xüsusiyyətləri:
- Sürətlilik - ən yeni kompüter texnologiyalarından istifadə edərək yüksək əməliyyat sürətinə malikdir.
- Çeviklik - müstəqil verilənlər bazalarının (MS Acces, SQL Server, Oracle) çevik istifadəsi və terminalların sayından asılı olmayaraq şəbəkələrdə istifadə edilməsi imkanına malikdir.
- Estetiklik - proqram WINDOWS mühiti interfeysindən istifadə edir.
- Asanlıq - istifadəediciyə proqramın tənzimlənməsi və öz zövqünə uyğun dəyişdirilməsi imkanı təqdim edilir.
- Etibarlılıq - Bütün sistem daxili və konfedensial informasiyalar xüsusi parol ilə qorunur. Çıxışlarda çoxsəviyyəli maneələr də yaratmaq imkanına malikdir.
- Dinamiklik - İstifadəedicinin, artan tələbatına uyğun olaraq, proqrama vaxtaşırı əlavələr etmək imkanı vardır.
- Müasirlik - Bütün mühasibat hesabatları standartlarına, maliyyə və əməliyyat sxemlərinə, vergi qanunvericiliyi tələblərinə cavab verir.
- Çoxdillilik – Mühasibat uçotu Azərbaycan (kiril və latın qrafikası ilə), ingilis, qazax, rus, türk, türkmən, özbək (kiril və latın) dillərində aparıla bilər.
- "Günəş Sistemi" proqramlar paketinin tədrisi ilə birlikdə təqdim edilir.
|