Uçot siyasətinin hazırlanması
Şübhəli borclar üzrə ehtiyatlar
Addım: 41
Müəssisə şübhəli borclar üzrə ehtiyatlar:
Şübhəli borclar müəssisənin müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməyən və müvafiq təminatı olmayan debitor borcları hesab olunur.
Şübhəli borclar üçün ehtiyat hesabat ilinin axırımda müəssisənin debitor borclarının inventarizasiyasının nəticələri əsasında yaradılır.
Ehtiyatın həcmi hər bir şübhəli borc üzrə ayrılıqda, borclunun maliyyə vəziyyətindən (ödəmə qabiliyyətindən) və borcun tam, yaxud qismən ödənilməsi ehtimalından asılı olaraq müəyyən edilir.
Əgər bu ehtiyatların hər hansı bir hissəsi şübhəli borcların ehtiyatının yaradıldığı ildən sonrakı ilin axırınadək istifadə edilməzsə, onda xərclənməmiş məbləğ müvafiq ilin mənfəətinə birləşdirilir.
Uçot siyasəti HTML formatında
Uçot siyasəti MS Word formatında