Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əmək və onun ödənilməsi uçotunun təşkili


Əmək haqqının hesablanmasının əsas formaları bunlardır: vaxtamuzd, işəmuzd və akkord

Vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir (istehsal edilən məhsul miqdarından və ya görülən iş həcmindən asılı olmayaraq). Əmək haqqı tarif dərəcəsinin işlənilmiş gün və ya saatların sayına vurulması ilə hesablanır.
Vaxtamuzd - mükafat formasının tətbiqi zamanı işçilər müsbət əmək göstəriciləri müqabilində işlənmiş vaxta görə nəzərdə tutulmuş əmək haqqına nisbətən müəyyən faizlə mükafatlana bilər.
Vaxtamuzd əmək haqqı formasında əsas ilkin sənəd iş vaxtının uçot tabelidir.

İşəmuzd əmək haqqı formasında əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır.
İşəmuzd - mükafat formasında işçilərə müəyyən olunmuş istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfiyyət göstəricilərini yüksəltdilməsinə görə əlavə olaraq mükafat hesablanır.

Əmək haqqının ödənməsinin akkord formasında müəyyən konkret işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haqqının həcmi görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, auditor xidmətinin təşkilində tətbiq edilir.

Hər bir işçi üzrə əmək haqqının hesablama forması əmək müqaviləsində qeydə alınır. Müəssisə üzrə ümumi əmək haqqı hesablama formaları və qaydaları rəhbərlik tərəfindən Əmək haqqının ödənilməsi Əsasnaməsində təsdiqlənir.

Müəssisənin struktur bölmələri, işçilərin vəzifələri, işçilərin ştat sayı, əmək haqlrı və əmək haqqına əlavələr müəssisənin Ştat cədvəlində qeydə alınır. Ştat cədvəli müəssisənin rəhbərliyinin əmri ilə təsdiqlənir.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!