Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Təhtəhhesab şəxslər


Təhtəlhesab şəxslər - müəssisənin hər-hansı "xırda" xərclərini ödəmək üçün kassadan pul alan müəssisənin işçləridir. Təhtəlhesab şəxslər müəssisədən pulu inzibati-təsərrüfat, əməliyyat, habelə ezamiyyə xərcləri üçün götürə bilərlər.

Təhtəlhesab şəxslərə pullar əsasən kassadan verilir. Müəssisənin işçilərinə təhtəlhesaba nağd pul vəsaitinin verilməsi qaydası kassa əməliyyatlarının aparılması qaydaları ilə nizamlanır.

Təhtəlhesaba nağd pul vəsaiti işçinin yazılı tələbnaməsi və onun üzərində müəssisə rəhbərinin imzası ilə verilir.

Hər bir işçi aldığı nəqd pul vəsaitinin хərclənməsi ilə əlaqədar оlaraq, еzamiyyətdən qayıtdıqdan sоnra üç gün müddətində mövcud оlan еzamiyyə sənədləri əsasında Avans hеsabatı tərtib еtməli və müəssisə mühasibatlığına təqdim еtməlidir. Mühasibatlıqda təqdim оlunmuş avans hеsabatı оna əlavə оlunan еzamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çеk, qaimə, qəbz, nəqliyyatla əlaqədar bilеtlər və s.) ətraflı yохlanılır və hеsabat müəssisə rəhbəri tərəfindən təsdiq еdilir.

Əgər təhtəlhesab şəxs aldığı pulu tam xərcləməyibsə, o artıq qalan pulu kassaya qaytarmalıdır. Əgər işçi artıq pul xərcləyibsə müəssisə onu kompensasiya edə bilər.

Əgər təhtəlhesab şəxs aldığı pulun Avans hesabatını müəyyən edilmiş vaxta qədər verməsə, bu məbləğ onun əmək haqqından tutula bilər.

Təhtəlhesaba verilmiş məbləğ 71 N-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" hesabının debetinə, pul vəsaitlərini uçota alan hesabların (əsasən 50 N-li "Kassa" hesabının) kreditinə yazılır. Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 71 N-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" hesabının kreditinə, məsrəfləri və əldə olunmuş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq digər hesabların debetinə yazılır.

Təhtəlhesab şəxslər tərəfindən vaxtında qaytarılmayan təhtəlhesab məbləğlər 71 №-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" hesabının kreditində və 84 N-li "Sərvətlərin əskikgəlməsi və xarabolmasından itkilər" hesabının debetində əks etdirilir. Sonra bu məbləğlər 84 №-li "Sərvətlərin əskikgəlməsi və xarabolmasından itkilər" hesabından, 70 N-li "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" hesabının (əgər onlar işçinin əmək haqqından tutula bilərsə) və ya 73 N-li "Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar" hesabının (əgər bu məbləğlər işçinin əmək haqqından tutula bilməzsə) debetinə silinir.

71 N-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar" hesabı üzrə analitik uçot verilən hər bir avans üzrə aparılır.

Təhtəlhesab şəxslərlə hesablaşmaların müxabirləşmələri aşağıdakı cədvəldə verilib

DtKtMəbləğƏməliyyatın məzmunu
71501 000Təhtəlhesab şəxsə kassadan pulun verilməsi
1071800Təhtəlhesab şəxs tərəfindən materialların alınması
20/2671
50
100Təhtəlhesab vəsaitlərdən ümumtəsərrufat xərcləri ödənilib.
5071100Artıq qalmış məbləğin kassaya qaytarılması
7150100Artıq xərclənmiş təhtəlhesab məbləğinin kompensasiyası
8471100Vaxtında qaytarılmayan təhtəlhesab məbləğlərin silinməsi
7084100Vaxtında qaytarılmayan təhtəlhesab məbləğlərin işçinin əmək haqqısından tutulması



   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!