Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      İşçinin işə qəbul edilməsi


İşçi işə gəbul olunduqda müəssisəyə aşağıdakı sənədləri təqdim etməlidir (AR Əmək Məcəlləsi, Maddə 48):
  1. Əmək kitabçası
  2. Şəxsiyyətini təsdiq edən sənəd
  3. Dövlət sosial sığorta şəhadətnaməsi (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
  4. İşçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.
  5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.

Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək münasibətlərinə girən işçidən AR Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

İşçinin işə qəbul olunması barədə ərizəsi kadrlar şöbəsinə verilir. Kadrlar şöbəsində yeni işçiyə tabel nömrəsi aid edilir və işçinin işə qəbul olunmasına dair müəssisə rəhbərinin əmri hazırlanır. Tərtib olunmuş əmr müəssisə rəhbəri tərəfindən imzalandıqdan sonra, qəbul olunan şəxs həmin əmrlə tanış olunmalıdır. Daha sonra əmr mühasibatlığa təqdim olunur və bu əsasda qəbul olunan şəxs üçün şəxsi vərəqə açılır.

İşçi ilk dəfə işə düzəlirsə əmək kitabçası və dövlət sosial sığorta şəhadətnaməsi işəgötürən müəssisə tərəfindən açılır.

Yeni işə götürülmüş işçinin əmək kitabçası itirildikdə, və ya istifadəyə yararsız vəziyyətdə olduqda, işçinin yazılı ərizəsi ilə müəssisə ona yeni əmək kitabçası açmalıdır. Hər bir müəssisədə əmək kitabçası ciddi qorunan sənəd kimi saxlanılır və işçi işdən çıxarkən kitabça həmin şəxsin özünə təqdim olunur.

Əmrin tərtib olunması ilə birlikdə yeni işçi və müəssisə arasında Əmək müqaviləsi bağlanılır. Müqavilədə iş şəraiti, iş vaxtı, ödəniləcək əmək haqqı, sosial təminat, tərəflərin hüquqları və öhdəlikləri və s. əks olunur.

Bunu da bilmək lazımdır ki, AR Əmək Məcəlləsi, Maddə 42:

  • Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
  • On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
Müəssisədə 5 gündən artıq işləyən şəxsə əmək kitabçası doldurulur. Əmək kitabçası hər bir şəxs üçün onun iş fəaliyyətini göstərən əsas sənəd hesab olunur. Əmək kitabçası həmin şəxsin iş stajının müəyyən olunması, təqaüd dövrünün hesablanması üçün əsas sayılmaqla, ciddi hesabat sənədi hesab olunur. Hər bir müəssisədə əmək kitabçası ciddi qorunan sənəd kimi saxlanılır və işçi işdən çıxarkən kitabça həmin şəxsin özünə təqdim olunur.

Müəssisə daxilində Vəzifələrin instruksiyası nəzərdə tutulubsa, yeni işçiyə onun vəzifə instuksiyası verilir.

İşçinin şəxsi işinin sürəti mühasibatlığa verilir. Mühasibatlığa yeni işçi onun vergilərdən azadolma və güzəştlər barədə sənədlər və ərizə təqdim edir.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!