Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əmək və onun ödənilməsi


Əmək haqqı işçilərə aşağıdakı formalarda verilə bilər:
  • nəğd pul ilə
  • işçinin bankdakı hesabına köçürülə bilər
  • natura formasında

AR Əmək Məcəlləsi, Maddə 174:
Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi
  1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
  2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
  3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
  4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi - manatla ödənilir.

Mövcud qaydalara görə kassadan əmək haqqı üç gün müddətində ödənməlidir. Həmin vaxt bitdikdən sonra kassir əmək haqqını almayan hər bir şəxsin soyadı qarşısında "deponentləşdirilib" sözü yazır və ödəmə cədvəlini toplamaqla faktiki olaraq ödənilmiş və ödənilməmiş pul məbləğini cədvəldə əks etdirir. Üç gün ərzində ödənilməmiş pul məbləği bankdakı hesablaşma hesabına qaytarılır. "Deponent" qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsasında bankdan alınır və ödənilir.

Əmək haqqının ödənilməsi Ödəmə cədvəli və ya Hesablama-ödəmə cədvəli ilə həyata keçirilə bilər. Hesablama-ödəmə cədvəlinin tərtib olunmasında ilkin sənədlər olmaq etibarı ilə işçinin iş vaxtında iştirakı uçotu tabeli, əmək haqqı üzrə toplama cədvəli, mühasibat uçotunda əks olunmuş bütün əlavə ödənişlər, keçən ayın hesablaşma cədvəli, məhkəmə və digər orqanlar tərəfindən təqdim olunmuş icra vərəqələri, kassa sənədləri üzrə ödənmiş avanslar, məzuniyyət üzrə ödəmələr və əmək haqqının hesablanması ilə əlaqədar olan digər sənədlərdən istifadə olunur.

Tələb olunan deponent borcu müəssisə tərəfindən üç il müddətinə saxlanmalı və həmin vaxt keçdikdən sonra büdcəyə köçürülməlidir. Vaxtında alınmamış əmək haqqı məbləği deponent olunarkən 70 N-li hesabın debetinə və 76 N-li "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" hesabının kreditinə yazılış aparılır.

Əmək haqqının ödənilməsi üzrə müxabirləşmələr aşağıdakı kimidir:

DtKtMəbləğƏməliyyatın məzmunu
70501 000Əmək haqqının kassadan ödənilməsi
70515 000Əmək haqqının işçinin hesablaşma hesabına köçürülməsi
70
51
76.4
50
800Vaxtında ödənilməyən əmək haqqının deponentləşdirilməsi
76.450800Deponentləşdirilmiş əmək haqqının kassadan ödənilməsi


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!