Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Məzuniyyət


AR Əmək Məcəlləsinin 112-ci Maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.

İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

Məzuniyyət haqqlarının ödənilməsi və hesablanması mühasibat uçotunda iki üsul ilə aparıla bilər: ehtiyatlardan istifadə etməklə və ya ehtiyatlarsız. Ehtiyat fondu yarandıqda məzuniyyətlər üzrə ödəmələr ehtiyat fondu hesabına hesablanır. Ehtiyat fondunun yaradılması nəzərdə tutulmayıbsa, məzuniyyət üzrə ödəmələr hər ay xərclər hesabında qeyd edilir.

Hesablanmış məzuniyyət üzrə ödəmələr, əmək haqqı kimi, müvafiq vergilərə cəlb edilir.

DtKtMəbləğƏməliyyatın məzmunu
Ehtiyat fondu yarandıqda
208910 000Məzuniyyətlərin ödənilməsi üçün Ehtiyat fondunun yaradılması
89681 700Məzuniyyətlərdən gəlir vergisinin tutulması
89
69
76.42 200Sosial-sığorta fonduna ödəmələrin hesablanması
Ehtiyat fondu yaranmadıqda
207010 000Məzuniyyət üzrə ödəmələrin hesablanması
70681 700Məzuniyyətlərdən gəlir vergisinin tutulması
70692 200Sosial-sığorta fonduna ödəmələrin hesablanması


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!