Müavinətlər
Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının qanunu-a əsasən:
Sosial müavinətlər — bu qanunla müəyyən
edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi
məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Qanuna əsasən aşağıdakı müavinətlər təyin edilir:
- Aylıq müavinətlər;
- dövlət qulluqçularına ömürlük müavinət;
- yaşa görə müavinət;
- əlilliyə görə müavinət;
- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;;
- ailə başçısını itirməyə görə müavinət;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi
kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
- üç yaşınadək uşağa qulluğa görə müavinət;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi
kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar
üçün 18 yaşadək) uşaqlarına müavinət;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
qəyyumlarına (himayəçilərinə) müavinət:
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
- Birdəfəlik müavinətlər:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün
müavinət;
- uşağın anadan olmasına görə müavinət;
- dəfn üçün müavinət.
Sosial sığorta hadisəsi hesab olununan - Hamiləliyə və doğuma görə müavinət və Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət.
Əmək qabiliyyəti olmayan şəxslər kimlərə deyilir — əlillər, sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha
çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud
övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə,
yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya
sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8
yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına
çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox
olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu
müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.
Dt | Kt | Məbləğ | Əməliyyatın məzmunu |
69 | 70 | 4 000 | Sosial müavinətin hesablanması
|
70 | 50,51 | 4 000 | Sosial müavinətin ödənilməsi
|
Əmək qanunvericiliyi
Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının qanunu
Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu
|