Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi


"Torpaq, tikili və avadanliqlar üzrə" kommersiya təşkilatlari üçün 7 N-li milli mühasibat uçotu standartının 31-ci bəndinə əsasən müəssisə torpaq, tikili və avadanlıq obyektlərini qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir. Müəssisə müəyyən edilmiş uçot siyasətini torpaq, tikili və avadanlıqların bütün sinfinə tətbiq etməlidir.

Beləliklə, müəssisə özü gərar verir əsas vəsaitlərini yenidənqiymətləndirilmə və ya ilkin dəyər metodu ilə dəyərləndirsin. Əsas vəsaitlər ilk dəfə müəssisəyə daxil olduqda onlar ilkin dəyər ilə qiymətləndirilir. Lakin, sonra müəssisə öz uçot siyasətində dəyişiklik edib. yenidən qiymətləndirmə metodunu seçə bilər. Qeyd edək ki, əgər müəssisə əsas vəsaitlərinin hamısını və ya hər-hansı bir sinfini yenidən qiymətləndirmə metodu ilə qiymətləndirirsə, bu zaman həmin əsas vəsaitlərin dəyərinə hər il yenidən baxılmalıdır. Bundan başqa, əgər müəssisənin balansında bir neçə bina varsa, müəssisə hansısa bir binanı yenidən qiymətləndirə bilməz, bütün binalar sinfinə aid olan əsas vəsaitlər yenidən qiymətləndirilməlidir.

Əmlakın yenidən qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" AR Qanununa əsasən həyata keçirilir.

Misal Müəssisə yeni ildən uçot siyasıtini dəyişdirir və ona məxsus binalar sinfinə aid olan əsas vəsaitləri yenidən qiymətləndirmə metodu ilə dəyərləndirmək qərarına gəlib. İlin əvvəlinə binalar sinfinə aid olan əsas əvsaitlərin ilkin dəyəri 200 000 AZN-dir, yığılmış amortizasiya məbləği isə 50 389, 60 AZN təşkil edir. Müəssisə müstəqil qiymətləndirici ilə müəssisəyə məxsus binaların yenidən qiymətləndirilməsi ikə bağlı müqavilə bağlayır. Qiymətləndirici qanunvericiliyə uyğun olaraq binaları qiymətləndirir və qiymətləndirmənin nəticələri haqqında hesabatı müəssisəyə təqdim edir. Hesabata əsasən müəssisənin binalarının dəyəri qiymətləndirmə tarixinə 250 000 AZN müəyyən edilir. Müəssisənin mühasibi bu zaman aşağıdakı müxabirləşmələri etməlidir

DEBET 01 KREDIT 87.1

- 50 000 AZN - Əmlakın dəyərinin artması.

DEBET 02 KREDIT 87.1

- 50 389.60 AZN - Binaların amortizasiyasının silinməsi.

Beləliklə, binaların qalıq dəyəri 149 610.40 AZ idi (200 000 - 50 389.60), yenidən qiymətləndirmə nəticəsində binaların dəyəri 250 000 AZN məbləğində müəyyən edildi, və nəticədə binaların dəyəri 100 389.60 AZN məbləğində artdı.

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və vərgilər

AR Vergi Məcəlləsinin 97 maddəsinə əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım fiziki şəxslərin gəlir vergisi hesablanan zaman gəlirlərə aid edilmir.

AR Vergi Məcəlləsinin 104.5 maddəsinə əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.

AR Vergi Məcəlləsinin 114.6 maddəsinə əsasən Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

AR Vergi Məcəlləsinin 202 maddəsinə əsasən müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi zamanı müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!