Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əsas vəsaitlərin təmiri


Müəssisəyə məxsus əsas vəsaitlərin vaxtaşıri təmirə ehtiyacı olur. Təmir cari və ya əsaslı ola bilər.

Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulupodrat üsulu ilə aparıla bilər.

Podrat üsulu ilə aparılan təmir işləri - sifarişçi ilə razılaşdırmış qiymətlər əsasında podratçılar (sahibkar və ya təşkilat) tərəfindən müvafiq normativ sənədlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir.

Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri - sahibkar və ya təşkilatın öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümü xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir.

Podrat üsulu ilə təmir işləri podratçılarla razılaşdırılmış qiymətlə, təsərrüfat üsulu ilə təmir işləri isə faktiki maya dəyəri ilə qiymətləndirilir.

Təmir xərcləri normalarının və yerinə yetirilmiş təmir işlərinin məbləğləri ayrı-ayrı kateqoriyalar üzrə uçota alınır və biri digərinə aid edilmir.

Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar-dan da yararlana bilərsiniz.

Azərbaycan Respunlikası Vergi Məcəlləsi,
Maddə 115. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır. Faiz dərəcələri aşağıda göstərilib:

  • binalar, tikintilər və qurğular — ilin sonuna qalıq dəyərinin 2 faizi;
  • maşınlar, avadanlıq və hesablama texnikası — ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • nəqliyyat vasitələri — ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • digər əsas vəsaitlər — ilin sonuna qalıq dəyərinin 3 faizi;
  • köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə - 0 faiz.
Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır.

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin yuxarıda müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır .

Misal

Mühasibat üçotunda təmir işlərinə aid olan müxabirləşmələr aşağıdakı kimi ola bilər.
N Əməliyyatın məzmunu Debet Kredit
1. Təmir xərcləri birbaşa xərclərə silindikdə
1.1 Təsərrüfat üsulu ilə olduqda 20,23 10, 70, 76
1.2 Podrat üsulu ilə olduqda 20, 23 60
1.3 ƏDV 19 60
1.4 Təmir xərcləri VM qeyd edilən normadan artıq olduqda, ƏV dəyərini artırır 01 20, 23, 26
2. Təmir fondunun yaradılması və istifadəsi
2.1 Təmir fonduna aylıq hesablamalar 20,23, 26 89
2.2 Təmir fondu hesabına faktiki xərclərin silinməsi 89 10, 70, 76
2.3 Faktiki təmir xərclərinin həcmi təmir fondundan az olduqda (storno ilə) 20, 23, 26 89
2.4 Faktiki təmir xərclərinin həcmi təmir fondundan çox olduqda 31 10, 70, 76, 60


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!