Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Kassa əməliyyatlarının aparılma qaydaları


Kassa əməliyyatları — nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.

Kassir(Xəzinadar) — kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxs.

Kassa sənədləri

Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədidir. Kassa əməliyyatları mədaxil və məxaric kassa orderləri ilə sənədləşdirilirlər.

Kassa əməliyyatlarını aparan şəxslər

Kassa əməliyyatlarını birbaşa kassir(xəzinadar) yerinə yetirir. Kassir (xəzinədar) ştatı olmadıqda həmin vəzifəni müəssisənin rəhbərinin yazılı sərəncamı əsasında digər işçi və ya müəssisənin rəhbəri yerinə yetirir. Kassir vəzifəsinə təyin edilmiş şəxs öz vəzifə və öhdəlikləri ilə rəsmi tanış olur və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanılır.

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün kassa sənədlərini tərtib edə bilərlər:

  • Kassir (Xəzinadar);
  • Baş mühasib və ya mühasib;
  • Müəssisənin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi;
  • Müqavilə əsasında mühasibat xidmətlərini göstərən ixtisaslaşdırılmış təşkilatı təmsil edən mütəxəssis;
Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər.

Kassa limiti

Kassa limiti 03 Mart 2006-cı ilə kimi "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarı ilə müəyyən edilirdi. Bu Qərarın 3-cü bəndinə əsasən müvəkkil banklarla bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında müqavilə əsasında kassa limiti müəyyən edilməli, müəssisə və təşkilatlar üçün kassa limitinin məbləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox ola bilməz.

03 Mart 2006-cı il tarixindən etibarən bu Qərar qüvvədən düşüb. Və kassa limiti ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Lakin müəssisə, öz daxili uçot siyasətinə əsasən kassa limiti ilə bağlı hər-hansı məhdudiyyətlər qoya bilər. Və ya kassa limiti müəssisə ilə ona xidmət göstərən bank arasında bağlanılan müqavilədən asılı ola bilər. Müəssisəyə kredit verən bank müəssisəyə kassa limiti ilə bağlı öz şərtini qoya bilər.

Kassada olan nağd pul və digər qiymətlilərin saxlanılması və qorunması

Müəssisələrdə kassada olan nağd pul və digər qiymətlilərin saxlanılması və qorunması qaydaları müəssiəsnin daxil uçot siyasəti ilə müəyyən edilir.

Kassanın inventarizasiyası

Kassanın inventarizasiyası "Aktivlərin və öhdəliklərin inventarizasiyası" Qaydalarına əsasən aparılır. İnventarizasiya zamanı kassada olan pul vəsaitlərin mövcudluğu və kassada olan pul vəsaitlərinin mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi yoxlanılmalıdır.

Nəzarət-kassa aparatlarının tətbiqi

Nəzarət-kassa aparatı — malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri.

AR Vergi Məcəlləsinin 16.1.8 maddəsinə əsasən müəyyən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir.

Kassa sənədlərinin tərtib edilməsi

Kassa sənədləri əllə və ya xüsusi texniki avadanlığın istifadəsi ilə doldurulur və şəxsi imzalar ilə rəsmiləşdirilir.

Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri mürəkkəbli və ya diyircəkli qələmlə yaxud kompüterlərdə və ya digər müasir hesablama texnikalarında dürüst və aydın doldurulmalıdır. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir.

Xəzinədar kassa mədaxil və məxaric orderlərini və ya onlara əlavə edilən kassa sənədləri alan zaman aşağıdakıları yoxlamalıdır:

  1. Ödəniş sənədlərində rəhbərin, baş mühasibin və ya onların səlahiyyətli nümayəndələrinin imzalarının mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu;
  2. Ödəniş sənədlərinin düzgün tərtib edilməsini və yekun məbləğlərinin doğruluğunu;
  3. Kassa sənədlərində sadalanan əlavələrin mövcudluğunu.
Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, xəzinədar həmin sənədləri icra etmədən mühasibatlığa qaytarır.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!