Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Nəğd vəsaitlərin kassaya mədaxili


Nəğd vəsaitlər kassaya müxtəlif yollar ilə daxil ola bilərlər:

  • müəssisənin bank hesabından;
  • müştərilərdən (satışdan olan gəlir);
  • əmlakın satışından;
  • təhtəlhesab şəxslərdən (istifadə edilməmiş məbləğlərin qaytarılması);
  • müəssisənin işçiləri tərəfindən (borcların qaytarılması, zərərin ödənilməsi);
  • təsisçilərdən (nizamnamə kapitalının yatırımı) və s.

Nəğd vəsaitlərin kassaya mədaxilinin sənədləşdirilməsi

Nəğd vəsaitlərin kassaya mədaxili müəsisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan Kassa mədaxil orderi (Forma N KO-1) ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir.

Kassa mədaxil orderinə onu tərtib etmək üçün əsas olan sənədlər əlavə olunur.

Nəğd vəsaitlərin gəbul edilməsi zamanı kassirin (xəzinadarın) əməliyyyatları

Xəzinədar kassa mədaxil orderini və ona əlavə edilən kassa sənədləri alan zaman aşağıdakıları yoxlamalıdır:

  1. Ödəniş sənədlərində rəhbərin, baş mühasibin və ya onların səlahiyyətli nümayəndələrinin imzalarının mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu;
  2. Ödəniş sənədlərinin düzgün tərtib edilməsini və yekun məbləğlərinin doğruluğunu;
  3. Kassa sənədlərində sadalanan əlavələrin mövcudluğunu.
Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, xəzinədar həmin sənədləri icra etmədən mühasibatlığa qaytarır.

Mədaxil orderi ilə və ona əlavə edilən sənədlərlə pul alındıqdan sonra bu sənəd tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanır, ona əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə "Ödənilib" qeydi edilir.

Kassir pul əskinaslarını və ya qəpikləri bir-bir saymaqla gəbul edir. Pullar kassir tərəfindən elə gəbul edilməlidir ki, pulları mədaxil edən şəxs kassirin hərəkətlərini görə bilsin.

Nəğd pulları gəbul etdikdən sonra kassir gəbul etdiyi pulun məbləğini kassa mədaxil orderində göstərilən məbləğ ilə yoxlayır.

Mədaxil edilən pulların məbləği kassa mədaxil orderində göstərilən məbləğ ilə uyğun gəldikdə, kassir kassa mədaxil orderini imzalayır və orderin qəbzində müəssisənin möhürünü vurur. Kassa mədaxil orderinin qəbzi pulları mədaxil edən şəxsə verilir.

Mədaxil edilən nəğd pulların məbləği kassa mədaxil orderində göstərilən məbləğ ilə uyğun gəlmədikdə, kassir çatışmayan məbləği ödəməyi təklif edir, və ya artıq ödənilən nəğd pulu geri qaytarır.

Nəğd pulları mədaxil edən şəxs çatışmayan məbləği ödəməyə imtina etdikdə, kassir mədaxil edənə pulları qaytarır. Kassa mədaxil orderinin üzrərindən xətt çəkilir, və o baş mühasibə və ya mühasibə ötürülür ki, faktiki mədaxil edilən məbləğə yenidən kassa mədaxil orderi tərtib edilsin.

Kassa əməliyyatlarının NKA istifadə edilməsi zamanı xüsusiyyətləri

Kassa əməliyyatlarının bitməsindən sonra NKA-dan çıxarılan lent əsasında mədaxil edilən ümumi məbləğə kassa mədaxil orderi tərtib edilir.

Nağd pul hesablaşmalarını NKA tətbiq etmədən qəbzlər vasitəsilə həyata keçirilməsi

Qanunvericilikdə müəyyən edilmiş bəzi hallarda nəğd pul hesablaşmaları NKA tətbiq etmədən qəbzlər vasitəsilə həyata keçirilir.

Qəbz - NKA tətbiq edilməli olmayan fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını aparılmasında istifadə etdiyi, maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən, forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.

Pul vəsaitlərini mədaxil qəbzi ilə qəbul edən şəxslər müəyyən müddətdən sonra ümumi məbləği sonda bir kassa mədaxil orderi ilə müəssisənin xəzinəsinə təhvil verirlər.

Nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyət növündən asılıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə, məsələn mehmanxana, hüquq, reklam, səhiyyə xidmətləri və s., habelə işçilərin sayı iki nəfərdən çox olmamaqla bərbərlik xidməti, foto xidməti, ayaqqabıların təmiri və bu kimi digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi məcburi xarakter daşımır. Bu fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını qəbzlər vasitəsilə həyata keçirə bilərlər. Bununla belə, qəbz tətbiq edilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən könüllü olaraq nağd hesablaşmalar NKA vasitəsilə apara bilərlər.

Kassa mədaxil orderinin doldurulması zamanı biməliyik

Kassa mədaxil orderi ciddi hesabat blankıdır. Bu səbəbdən də, onun tətbiqi aşağıdakı qanunvericilik aktlarına əsasən aparılır:

  • Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları (AR Maliyyə Nazirliyinin Q-02 nömrəli 09.01.2013 tarixli Qərarı)
    • Kassa mədaxil orderləri əllə və ya elektron (lazer) texnikası vasitəsi ilə həyata keçirilir.
    • Əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan kassa mədaxil orderinin bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş kassa mədaxil orderləri etibarsız sayılır. Korlanmış kassa mədaxil orderinin əvəzinə yenisi doldurulur.
    • Kassa mədaxil orderinin nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır.
    • Kassa mədaxil orderinin əsas hissəsi (əsli) mühasibatlıqda qalır.
    • Kassa mədaxil orderində qiymətlər manatla və qəpiklə göstərilməlidir.
  • Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi (AR Nazirlər Kabinetinin 27.08.2004 tarixli 118 nömrəli qərarı)
    • Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.
    • Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.
    • Hər hansı bir sifarişçi üçün eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
    • Ciddi hesabat blanklarının istifadəsinə nəzarət öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
    • Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir və növbəti yoxlama (təftiş) keçirilənə qədər üzərində "korlanıb" sözü yazılmaqla mühasibatda saxlanılır.
    • İstifadəsiz qalmış və korlanmış ciddi hesabat blankları təşkilatlar və fərdi sahibkarlar tərəfindən bu barədə akt tərtib edilməklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.
  • Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri (AR Maliyyə Nazirliyinin 04.04.2016 tarixli Q-09 nömrəli Qərarı)


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!