Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.11.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar


Mədaxil qəbzi - NKA tətbiq edilməli olmayan fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını aparılmasında istifadə etdiyi, maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən, forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Mədaxil qəbzi - ciddi hesabat blankıdır.

Qəbzlərdə aşağıdakı zəruri rekvizitlər əks etdirilməlidir:

  • qəbzlərin sifarişçisi olan fiziki şəxsin adı, soyadı, atasının adı və VÖEN-i, hüquqi şəxsin isə adı və VÖEN-i;
  • qəbzi çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);
  • qəbzin adı, seriya və nömrəsi;
  • təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.

Mədaxil qəbzləri ilə nəğd hesablaşmaları kimlər apara bilər.

Nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyət növündən asılıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi məcburi xarakter daşımır. Bu fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını qəbzlər vasitəsilə həyata keçirə bilərlər.

AR Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə görə bu fəaliyyət növləri aşağıdakılardır:

  1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  4. qiymətli kağızların və lotereya biletlərinin satışı;
  5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

Bununla belə, qəbz tətbiq edilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən könüllü olaraq nağd hesablaşmalar NKA vasitəsilə apara bilərlər.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!