Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
İlkin qiymətləndirmə.
12 saylı Milli Mühasibat Uçotu Standartına əsasən qeyri-maddi aktivin ilkin qiymətləndirilməsi onun ilkin dəyəri əsasında aparılmalıdır.
AR Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və AR Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.
AR Vergi Məcəlləsinin 118-ci "Qeyrimaddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən:
- Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyrimaddi obyektlərə çəkilən xərclər qeyrimaddi aktivlərə aiddir.
- Qeyrimaddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
- Qeyrimaddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyrimaddi aktivlərin dəyərinə aid edilmir.
Yenidən qiymətləndirmə.
Müəssisə qeyri-maddi aktivi qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin
dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir.
Əgər qeyri-maddi aktiv yenidənqiymətləndirmə modelindən istifadə olunmaqla uçota
alınarsa, bu sinfə aid edilə bilən bütün digər aktivlər də, onlar üçün fəal bazar
mövcud olmadığı hallar istisna olmaqla, həmin model əsasında qiymətləndirilməlidir.
İlkin tanınmadan sonra qeyri-maddi aktiv, onun dəyərindən hər hansı yığılmış
amortizasiya və qiymətdən düşmə zərərləri çıxılmaqla yenidənqiymətləndirmə
tarixinə onun ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə təqdim
olunmalıdır. Bu Standart çərçivəsində, ədalətli dəyər yenidənqiymətləndirmə
məqsədləri üçün fəal bazarın məlumatlarına istinadən müəyyən edilməlidir. Balans
hesabatı təqdim olunduğu tarixə aktivin balans dəyərinin onun ədalətli dəyərindən
kəskin fərqlənməməsi məqsədilə yenidənqiymətləndirmə kifayət qədər müntəzəm
şəkildə həyata keçirilməlidir.
Qeyri-maddi aktiv yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan
hər hansı yığılmış amortizasiya aktivin ümumi balans dəyərindən çıxılır və qalan xalis
məbləğ aktivin yenidənqiymətləndirmə dəyərinə bərabər olması üçün yenidən
hesablanır.
|