Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Qeyri-maddi aktivlərin daxil olması


Müəssisəyə qeyri-maddi aktivlər bir neçə yol ilə daxil ola bilər:

  1. QMA-rin pulla əldə edilməsi
  2. Müəssisənin daxili imkanları hesabına və ya kənar şəxslərin vasitəsi ilə QMA-rin yaradılması
  3. Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan QMA
  4. Əvəzsiz alınmış QMA
  5. QMA dəyişmə yolu ilə əldə edilməsi
Qeyri-maddi aktivlərin qalığı və hərəkətinin uçotu 04 N-li "Qeyri-maddi aktivlər" sintetik hesabında aşağıdakı sənədlər əsasında icra olunur:
  • qəbul-təhvil aktı;
  • səhmdarlar cəmiyyətinin idarə heyətinin və ya səhmdarların ümumi yığıncağının protokolu;
  • qeyri-maddi aktivlərin silinməsinə dair aktlar.
Qəbul olunan və çıxan qeyri-maddi aktivlərin ilkin sənədlərində onların ətraflı rekvizitləri - yəni onların faydalı istifadə olunma vaxtı, ilkin dəyərləri, amortizasiya hesablanması qaydaları, istifadəyə verilmə tarixi, çıxmasının tarixi və səbəbəi əks olunmalıdır.

04 N-li "Qeyri-maddi aktivlər" hesabı üzrə analitik uçot qeyri-maddi aktivlərin növləri və ayrı-ayrı obyektləri üzrə aparılır. Bununla əlaqədar olaraq hər bir obyekt üzrə xüsusi formada kart tərtib olunur.

AR Vergi Məcəlləsinin 118-ci "Qeyrimaddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən:

  • Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyrimaddi obyektlərə çəkilən xərclər qeyrimaddi aktivlərə aiddir.
  • Qeyrimaddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
  • Qeyrimaddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyrimaddi aktivlərin dəyərinə aid edilmir.

QMA-rin pulla əldə edilməsi

QMA-rin alınması zamanı hesablarda yazılışlar ilkin sənədlər əsasında edilir: müqavilə, qaimə-faktura. Müəssisəyə daxil olan qeyri-maddi aktivlər kapital qoyuluşu hesab olunmaqla 08 N-li "kapital qoyuluşları" hesabının 6 N-li "Qeyri-maddi aktivlərin əldə edilməsi" subhesabında əks olunur. Qeyri-maddi aktivlərin işlək vəziyyətə gətirilməsi üçün çəkilən əlavə xərclər də, 08-N-li hesabın debetində toplanır.

Alınmış QMA istismara verildikdə 08-ci hesabın debetində toplanan ilkin dəyər, 08-ci hesabın kreditindən 04 N-li "Qeyri-maddi aktivlər" hesabının debetinə silinir.

Alınmış və ya yaradılmış QMA üzrə ƏDV 19.2 "Alınmış qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi" hesabda toplanır.

N Əməliyyatın məzmunu Debet Kredit
    QMA-rin pulla əldə edilməsi
1 Alınmış QMA dəyəri 08-6 60
2 Alınmış QMA-nin ƏDV-si 19-2 60
3 QMA işlək vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclər:
3.1 Materiallar 08-6 10
3.2 Əmək haqqı 08-6 70
3.3 Sosial sığorta və təminat üzrə xərclər 08-6 69
4 Alınmış QMA dəyərinin ödənilməsi 60 51
5 QMA istismara verilməsi 04 08-6
6 ƏDV-nin əvəzləşməsi 68 19-2

Müəssisənin daxili imkanları hesabına və ya kənar şəxslərin vasitəsi ilə QMA-rin yaradılması

12 saylı Milli Mühasibat Uçotu Standartın-nın 45 maddəsinə əsasən:

Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına uyğun gəlməsini qiymətləndirmək məqsədilə qeyri-maddi aktivlərin yaradılması aşağıdakı mərhələlərdən ibarətdir:

  1. tədqiqat fazası; və
  2. təcrübə-konstruktor işləri fazası.
Tədqiqat üzrə məsrəflər (və yaxud daxili layihənin tədqiqat fazası zamanı yaranmış məsrəflər) qeyri-maddi aktiv kimi tanınmamalı və yarandığı andan etibarən xərc kimi uçota alınmalıdır.

Təcrübə-konstruktor işləri (və yaxud daxili layihənin təcrübə-konstruktor işləri fazası) zamanı yaranmış qeyri-maddi aktivlər müəssisə tərəfindən yalnız onun aşağıdakı şərtlərin təmin edilməsini nümayiş etdirmək iqtidarında olduğu halda tanına bilər:

  1. istifadə və ya satış üçün yararlı olması məqsədilə, qeyri-maddi aktivin tamamlanmasının texniki cəhətdən mümkünlüyü;
  2. istifadə və ya satış məqsədilə, qeyri-maddi aktivin yaradılmasının başa çatdırılması ilə bağlı niyyətin olması;
  3. müəssisənin qeyri-maddi aktivdən istifadə etməsi və ya satması bacarığı; (ç) qeyri-maddi aktivin gələcək iqtisadi səmərə gətirəcəyi perspektivini göstərən amillərin mövcudluğu;
  4. istifadə və ya satış məqsədilə, qeyri-maddi aktivin yaradılmasının başa çatdırılması üçün adekvat texniki, maliyyə və digər resursların mövcud olması;
  5. qeyri-maddi aktivin yaradılması zamanı ona aid edilə bilən məsrəflərin ədalətli əsasda qiymətləndirilməsi bacarığı.
Daxili imkanlar hesabına yaradılmış ticarət markaları, qəzet başlıqları, nəşriyyat hüquqları, müştərilərin siyahısı və xarakter etibarı ilə oxşar digər obyektlər qeyrimaddi aktivlər kimi tanınmamalı və adı çəkilən obyektlərin yaradılması ilə bağlı məsrəflər əmələ gəldiyi dövrdə xərc kimi tanınmalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit
1     Tədqiqat fazası;
1.1 Tətqiqat fazası zamanı çəkilən bütün xərclər 20,25,26 10,70,69,60
2     Təcrübə-konstruktor işləri fazası
2.1 Təcrübə-konstruktor işləri fazası zamanı çəkilən bütün xərclər 08-6 10,70,69,60

Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan QMA


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!