Qeyri-maddi aktivlərin amortizasiyası
Amortizasiya olunan qeyrimaddi aktivlər üzrə illik amortizasiya normaları AR Vergi Məcəlləsinin 114.3.6. maddəsinə əsasən: istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən edilir.
12 saylı Milli Mühasibat Uçotu Standartına əsasən :
- Məhdud istifadə müddətli qeyri-maddi aktivin amortizasiya olunan dəyəri onun faydalı
istifadə müddəti üzrə müntəzəm olaraq bölünməlidır (paylaşdırılmalıdır).
Amortizasiya, aktivin istifadəyə verilildiyi andan başlayaraq hesablanır, yəni
müəssisə rəhbərliyi tərəfindən həmin aktivin müəyyən edilmiş qaydada işləməsi üçün
zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən
asılı olmayaraq hesablanmağa başlamalıdır . Aktivdən müntəzəm olaraq istifadə
edilməməsi faktı amortizasiyanın dayandırılmasına mütləq səbəb kimi hesab edilməli deyil. Aşağıdakı hallardan hər hansı biri ən tez baş verdikdə amortizasiyanın
hesablanması həmin tarixdə dərhal dayandırılmalıdır:
- aktiv satış üçün nəzərdə tutulduqda, lakin həmin tarixdə tam olaraq
amortizasiya edilmədikdə;
- aktivin tanınması dayandırıldıqda; və
- aktiv tam amortizasiya olunmuş, lakin onun tanınması dayandırılmadıqda.
- Aktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə ardıcıl
olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər.
Belə metodlara düzxət metodu, azalan balans metodu və istehsal vahidi metodu
aiddir. Tətbiq edilən amortizasiya metodu aktivdə təcəssüm olunmuş (özünü tapmış)
gözlənilən gələcək iqtisadi səmərənin ehtimal olunan istehlak sxeminə uyğun olaraq
seçilir və iqtisadi səmərənin ehtimal olunan istehlak sxemi dəyişməyənədək, ardıcıl
olaraq dövrdən dövrə tətbiq edilir. Ehtimal olunan istehlak sxemi etibarlı əsasla
müəyyən edilmədikdə, müəssisə düzxət metodunu tətbiq etməlidir.
- Hər dövr üçün amortizasiya ayırmaları bu və ya digər Standart onların digər aktivin
balans dəyərinə daxil edilməsini tələb etməzsə və ya buna yol verməzsə, mənfəət və
zərər haqqında hesabatda tanınır. Əgər aktivdə təcəssüm olunan gözlənilən gələcək
iqtisadi səmərənin əldə ediləcəyi digər aktivin istehsalına sərf edilərsə, bu halda
amortizasiya ayırmaları həmin aktivin ilkin dəyərinin bir hissəsini təşkil edir.
- Amortizasiyanın istehsal vahidi metodunun tətbiq edildiyi zaman hasilat əldə
edilməzsə, bu zaman amortizasiya xərcləri sıfıra bərabər ola bilər. Amortizasiyanın bu
metodundan istifadə edilməsinə görə amortizasiya xərclərinin sıfıra bərabər olması
faktı aktivin qiymətdən düşdüyünə dəlalət edə bilər və bu zaman həmin aktivin
qiymətdən düşmə səviyyəsinin müəyyənləşdirilməsi ”Aktivlərin qiymətdən düşməsi
üzrə” 24 №-li Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun olaraq həyata
keçirilməlidir.
|