Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Terminlər


Avans hesabatı- təhtəl şəxs tərəfindən tərtib və təqdim edilmiş nümunəvi sənəd forması.

Avizo- qarşılıqlı hesablaşmanın yaxud başqa formada olan hesablaşmanın vəziyyətinin dəyişməsi haqda bir təşkilatın üçüncü şəxsə rəsmi bildirişidir. Avizo poçt yaxud teleqraflı formada olur.

Akkreditiv- alıcının xahişi və göstərişi ilə malsatanın ödənişinin bank tərəfindən aparılan öhdəçiliyidir.

Mühasibat balansının aktivi- əmlakın tərkib və yerləşməsinə görə pul ifadəsində yerləşməsini mühasibat balansında əks etdirilən hissəsidir.

Aksept- pul və mal sənədlərinin ödənişə razılığıdır.

Aksiz- malın malalan tərəfindən ödənilən qiymətinə daxil edilən vasitəli vergidir.

Amortizasiya- əsas vəsaitlərin köhnəlməsi və onların istehsal olunmuş məhsulun dəyərinə keçirilən hissəsidir.

Amortizasiya ayırmaları- əsas vəsaitlərin məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən amortizasiya olunmuş hissəsinin pul ifadəsidir.

Analitik uçot- əmlak, öhtəlik və təsərrüfat əməliyyatları haqda hər bir sintetik hesabın daxilində detallaşdırılmış informasiyaların material və digər mühasibat uçotu hesablarının şəxsi hesablarında aparılan uçotdur.

Auksion- alıcının müsabiqəsinə əsasən malların növbəti satışı.

Mühasibat balansı- təşkilatın əmlakının tərkibi, yerləşməsi və əməələ gəlmə mənbələri üzrə vəziyyətini pul ifadəsində əks etdirməklə müəyyən tarixə tərtib olunan informasiya mənbəidir.

Bank ssudası- kreditləşmə qaydasında bank tərəfindən təşkilata təqdim olunan pul vəsaitinin məbləği.

Broker- mal, qiymətli kağız, valyutalar (şəxs, firma, təşkilat) üzrə satıcı və alıcılar arasında vasitəçi.

Brutto- malın qablaşma ilə birlikdə çəkisi.

Mühasibat sənədləri- təsərrüfat əməliyyatlarının aparılmasına və onların həyata keçirilməsinə hüquq verən yazılı şəhadətnamədir.

Mühasibin informasiyası- idarəetmə qərarı qəbul etmək üçün təşkilatın təsərrüfat fəaliyyəti haqda vaxtlı-vaxtında və keyfiyyətli verilmiş məlumat.

Mühasibat hesabatı- mühasibat uçotunun məlumatına əsasən təşkilatın əmlak, maliyyə vəziyyəti və təsərrüfat fəaliyyətinin nəticəsi haqda təyin olunmuş formada tərtib olunan vahid sistemdir.

Mühasibat yazılışı- eyni məbləğin bir hesabın debetinə digərinin isə kreditinə yazılışın aparılmasına verilən göstərişdir.

Mühasibat uçotu- bütün təsərrüfat əməliyyatlarının fasiləsiz və sənədlə əks etdirilməsini formalaşdıran təşkilatın əmlakı, öhdəlikləri, gəlir və xərcləri, onların dəyişməsi haqda informasiyaları dəyər ifadəsilə yığan, qeydiyyata alan, ümumləşdirən və qaydaya salan tətbiqi sistemdir.

Valyuta- ölkənin (milli valyutanın) yaxud xarici dövlətin (xarici valyutanın) pul sisteminə əsaslanan pul sistemidir.

Mühasibat balansının valyutası- hesabat dövrü üçün pul ifadəsində tərtib olunan balansın aktiv və passivinin yekunu.

Təşkilatın bankdakı hesabından çıxarış- bankın hesablaşma (cari) hesablarında olan pul vəsaitinin hərəkətini əks etdirən və onun təşkilata verilməsinni təsdiq edən sənəd.

Dividendin ödənilməsi- xalis mənfəət hesabına bölüşdürülən dividendin qiymətli kağız sahibinə verilməsi.

Mədaxil (satışdan hasil olan pul) - məhsul, mal, iş və xidmətlər satışından təşkilatın, müəssisələrin və sahibkarların aldığı pul vəsaiti.

Dövlət büdcəsi- dövlətin müəyyən dövr üçün gəlir və xərclərinin tərkibi.

İkili yazılış- hər bir təsərrüfat əməliyyatının mühasibat uçotunun hesablarında iki dəfə: eyni məbləğdə bir hesabın debetində, ikinci qarşılıqlı əlaqəli hesabın kreditində yazılması.

Debet- mühasibat uçotu hesabının bir hissəsi (sol hissəsi) olub, aktiv hesablar üçün artmanı, passiv hesablar üçün isə azalmanı göstərir.

Debitorlar- təşkilata borcu olan fiziki və hüquqi şəxslər.

Debitor borcları- buraxılmış mallara və xidmətlərə, məhsullara verilmiş avanslara, təhtəl məbləğlərə və s. görə təşkilata olan borc məbləği.

Pul çeki- təşkilatın əmri ilə hesabdan çekdə göstərilən nağd pulun verilməsi haqda banka verilən xüsusi formalı sənəd.

Deponent- təşkilatda müvəqqəti saxlanılan pul vəsaitləri və vaxtı çatdıqca sahibinə qaytarılan fiziki yaxud hüquqi şəxslər.

Əlavə kapital- dövriyyədən kənar aktivlərdə dəyərin artması (yenidən qiymətləndirmə, nominal dəyərdən artıq olan qiymətə satılan sıhm hesabına əldə edilən emisiya gəliri) hesabına yaradılan kapital.

Vəkalətnamə- təşkilatın yaxud digər şəxsin nümayəndəsinin hər hansı bağlaşmanı (sazişi) həyata keçirməyə hüquq verən sənəd.

Sənədləşmə (ilk uçot)- əmlak, öhdəlik və təsərrüfat əməliyyatlarının mühasibat sənədləri ilə rəsmiyyətə salınmasını özündə əks etdirən üsul.

Sənəd dövriyyəsi - sənədin tərtib edildiyi dövrdən arxivə verilən dövrə qədər keçdiyi yol.

Əlavə yazılış- hər hansı bir məbləğin uçot registrində tələb olunduğundan az yazılması hallarında tətbiq edilən üsul.

Əlavə mühasibat hesabatları- əsas hesabda uçota alınan əmlak qalığını artıran nizamlayıcı hesab.

Gəlir- təşkilatın əsas və qeyri əsas fəaliyyətindən əldə edilən nəticə.

Təşkilatın gəliri- aktivlərin (pul vəsaitinin və digər aktivlərin) daxil olması və iştirakçıların (sahibkarların) qoyuluşları istisna edilməklə kapitalın artırılmasına səbəb olan öhdəliklərin ödənilməsi nəticəsində təşkilatın iqtisadi qazancının artımı.

Təbii itki- mal-material dəyərlilərinin saxlanması nəticəsində miqdar göstəricisinin (xarab olma, quruma, buxarlanma və i.a. əlaqədar) azalması.

Balansarxası mühasibat hesabları- qalığı balansa daxil edilməyən və onun valyutasından kənarda, yəni balansdan kənar göstərilən hesablar.

Əmlakın formalaşmasının borc mənbəələri- müəyyən müddət ərzində təşkilata məxsus olmayan, təyin olunmuş müddət başa çatdıqdan sonra faizli yaxud faizsiz öz sahibinə qaytarılan əmlaklar.

Əsas vəsaitlərin köhnəlməsi- əsas vəsaitlərin öz istehlak görünüşünü və dəyərini itirməsi.

İnventarlaşma- müəyyən tarixə əmlakın və maliyyə öhdəliklərinin həqiqi mövcudluğunu, mühasibat uçotunun məlumatları ilə müqayisə etməklə qalığın dəqiqləşdirilməsi.

Seçmə inventarlaşma- istehsalın ayrı-ayrı sahələrində yaxud maddi məsul şəxsin işi yoxlanılan zaman aparılır.

Dövri inventarlaşma- əmlakın növ və xarakterindən asılı olaraq konkret müddətdə aparılır.

Davamlı inventarlaşma- hər bir obyekt il ərzində bir dəfə aparılır.

Tam inventarlaşma- təşkilatın bütün növ əmlakları və maliyyə öhdəliklərinin yoxlaması, illik hesabat tərtib edilməsi, maliyyə və istintaq orqanlarının tələb etməsi hallarında aparılır.

İnventar- təsərrüfat və istehsal təyinatlı əşyaların məcmuu.

İnventar obyekti- bütün qurğu və ləvazimatlarla birlikdə quraşdırılmış qurğular, əşyalar yaxud dəstləşdirilmiş əşyalar.

Kalkulyasiya- məhsul (iş, xidmət) istehsalı ilə bağlı məsrəflərə təsdiq edilən qaydada ardıcıllıqla daxil edilən ayrı-ayrı məhsul növlərinin maya dəyərinin müəyyən edilmə üsulu.

Kapital- təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan xüsusi və cəlb edilmiş kapitalın məcmuu.

Cəlb edilmiş kapital- kreditlər, borclar və kreditor borcları, yəni fiziki və hüquqi şəxslər qarşısında götürülmüş öhdəliklər.

Xüsusi kapital- cəlb edilmiş kapital çıxılmaqla məcmuu nizamnamə, əlavə və ehtiyat kapitalından, bölüşdürülməmiş mənfəətdən və digər ehtiyatlardan (məqsədli fondlardan və ehtiyatlardan) ibarət olan kapital.

Mühasibat uçotu hesablarının təsnifatı- iqtisadi məzmununa görə əmlakın, öhdəliyin və təsərrüfat əməliyyatlarının oxşar nişanələr üzrə əks etdirilən qruplaşması.

Kontrakt (əks) mühasibat hesabları- əsas hesablarda uçota alınan əmlakın qalığını azaldan nizamlayıcı hesablar.

Korrektura üsulu- uçot yazılışlarında aparılan səhv yazılışın üzərindən nazik xətt çəkib düzgün yazılış aparmaqla səhfin düzəldilməsi qaydası.

Hesabların müxabirləşməsi- ikili yazılış metodunu tətbiq etməklə hesablar arasında yaranan qarşılıqlı əlaqə .

Kredit- mühasibat uçotu hesabının bir hissəsi (sağ hissəsi) olub passiv hesablar üçün artmanı aktiv hesablar üçün isə azalmanı göstərir.

Kreditorlar- təşkilatın hüquqi və fiziki şəxslərə olan borcu.

Kreditor borcları- təşkilatın digər hüquqi və fiziki şəxslərə olan borc məbləği.

Məzənnə fərqi- ölkənin valyutasının xarici valyutaya nisbətən məzənnəsinin cari dəyişməsi nəticəsində malların dəyərində əmələ gələn fərq.

Kassa limiti- təşkilatın bankla razılaşmasına əsasən kassada saxlanılan pul məbləği.

Marketinq- mənfəətə olan və onun alınmasına dair təlabatın təmin edilməsində istehsalın təşkili və məhsul tədarükünə dair səmərəli sistem.

Mühasibat uçotunun Beynəlxalq standartları- mühasibat uçotunun yüksək ixtisaslı peşəkar beynəlxalq təşkilatları tərəfindən hazırlanmış icmal qaydaları, metodları və üsulları.

Menencer- müzdla işləyən peşəkar müdir.

Menencment- istehsalın effektliyini yüksəltmək məqsədilə işlənmiş prinsiplər, metodlar, istehsal vasitələri və idarəetmə formaları.

Əlavə dəyər vergisi (ƏDV)- hər bir istehsal və məhsul satışı mərhələsinə əlavə edilən əsas bazası mal və xidmətlərin dəyəri olan vasitəli (dolayı) vergi.

Naryad- müxtəlif işi yerinə yetirmək üçün tapşırıqdan ibarət olan və həqiqi yerinə yetirilən iş həcmini təsdiq edən sənəd.

Qiymətləndirmə- əmlakın pul ölçüsü ilə qiymətləndirilməsi üsuludur.

Peniya- təyin edilmiş ödəniş müddətinin pozulmasına görə hər bir vaxtı keçmiş gün üçün ödəniləsi məbləğdən faizlə tutulan pul məbləği.

Əsas vəsaitlərin ilk dəyəri- əlavə dəyər vergisi və digər ödəniləsi vergilər istisna edilməklə qurğu və avadanlıqların alınmasına təşkilatın həqiqi çəkdiyi məsrəf məbləği.

Mühasibat uçotunun hesablar planı- mühasibat uçotunda təsərrüfat fəaliyyəti faktlarının (aktivlərin, öhtəliklərin, maliyyə, təsərrüfat əməliyyatlarının və s.) qruplaşması və qeydiyyatı sxemidir. Bu sxemdə sintetik hesabların adı və nömrəsi (birinci dərəcəli hesablar) və subhesablar (ikinci dərəcəli hesablar) göstərilir.

Əmək əşyaları- əmək alətlərinin köməyi ilə insan əməyinin maddi istehsalın ehtiyacına yönəldilən xammal, material, yanacaq, alınmış yarımfabrikat və məmulatlar.

Mənfəət- təşkilatın təsərrüfat fəaliyyətinin maliyyə nəticəsini yəni il ərzində gəlirin, xərclərdən, itgilərdən, və ziyandan artıq hissəsini ifadə edən iqtisadi kateqoriyadır.

Balans mənfəəti- məhsul (iş və xidmət), əsas vəsait və digər əmlakların satışından həmçinin qeyri satış əməliyyatları ilə bağlı xərclər çıxılmaqla onlardan əldə edilən gəlirdən olan mənfəət məbləğidir.

Mühasibat uçotunun prinsipləri- bir elm kimi mühasibat uçotunun qurulmasının bütün sonrakı mərhələlərini əks etdirən və onu təsdiq edən bazanın əsası.

Yaşayış minimumu- sərf edilmiş işçi qüvvəsinin bərpa edilməsi üçün insan və onun ailə üzvünün həyat səviyyəsinin yüksəlməsində zəruri olan minimum vasitədir.

Hesablaşma hesabı- təşkilatın sərbəst pul vəsaitini saxlamaq və cari nəğd və nəqdsiz formada hesablaşmasını aparmaq üçün bankda açdığı hesab.

Təşkilatın xərcləri- aktivlərin (pul vəsaitlərinin, digər əmlakların) çıxması nəticəsində iqtisadi qazancın azalması və təsisçilərin (əmlakın sahibkarlarının) qərarı ilə qoyulan vəsait çıxılmaqla təşkilatın kapitalının azalmasına yönəldilən vəsait məcmuu.

Təşkilatın rəhbəri- təşkilatın icra edici orqanının rəhbəri, yaxud təşkilatda işin aparılmasına məsul olan şəxs.

Qalıq (Saldo)- mühasibat uçotunun qalığı (saldosu): ilk qalığa (saldoya)- Q və son qalığı (saldoya)- Q - bölünür.

Məhsulun maya dəyəri- məhsul (iş, xidmət), təbii resurslar, xammal, material, yanacaq, enerji, əsas fond istehsalı prosesində, həmçinin onların istehsalı və satışında yaranan digər məsrəflərin müəyyən edilməsində istifadə olunan dəyər qiymətləndirilməsi.

Sintetik uçot- mühasibat uçotunun sintetik hesablarında əmlakın, öhdəliklərin və təsərrüfat əməliyyatlarının müəyyən iqtisadi nişanələr üzrə növləri haqda mühasibat uçotu məlumatlarının ümumiləşdirilmiş uçotu.

Mürəkkəb mühasibat yazılışı- təsərrüfat əməliyyatlarının bir hesabın debetində, bir neçə hesabın kreditində yaxud bir neçə hesabın debetində, ancaq bir hesabın kreditində yazılışını ifadə edən mühasibat yazıllışı.

Əmlakın xüsusi mənbəyi- pul ifadəsində təşkilatın maddi bazası hesab edilir. Bu kapitalları, amortizasiya fondunu, ehtiyat, mənfəət, büdcə maliyyələşməsi və bağışlama yolu ilə alınmış vəsaitləri özündə əks etdirir.

Qırmızı storno üsulu- mühasibat uçotu hesablarının səhv müxabirləşməsinin, yaxud tələb olunduğundan çox məbləğ dairəsində aparılan yazılışın düzəldilməsi üçün istifadə olunan əks yazılış.

Mühasibat balansının maddələri- təşkilatın əmlak və öhdəliklərinin ayrı-ayrı növlərini xarakterizə edən balansın aktiv və passiv sətirləri.

Subhesab- natural və pul ölçüsü ilə ifadə olunan sintetik hesabın məlumatları dairəsində analitik hesabların əlavə qruplaşması üçün nəzərdə tutulan və sintetik, analitik hesablarda istifadə olunan aralıq hesabı.

Analitik uçot hesabı- natural, pul və əmək ölçüsü ilə ifadə olunanayrı-ayrı əmlak və əməliyyat növünün sintetik uçotda əks etdirilən məzmununun açılış forması.

Sintetik uçot hesabı- pul ölçüsü ilə ifadə olunan iqtisadi cəhətdən eyni qruplu əmlak, öhdəlik və əməliyyatlar haqda göstəricilərin ümumiləşdirilmiş forması.

Əsas vəsaitlərin cari (bərpa) dəyəri- hər hansı obyektin dəyişdirilməsi zəruri olan hallarda mövcud hal hazırki, dövrdə ödənilə bilən pul vəsaiti məbləği. Bu dəyər əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi zamanı istifadə olunur.

Əsas vəsaitlərin cari bazar dəyəri (satış dəyəri)- obyektlərin satışı nəticəsində alına bilən yaxud onun ləğv edilmə vaxtı çatan zaman formalaşan pul vəsaiti məbləği.

Nizamnamə kapitalı- təşkilatın yaradılması zamanı təsisçinin onun fəaliyyəti üçün qoyduğu payın pul ifadəsilə məcmuudur.

Təşkilatın uçot siyasəti- mühasibat uçotunun aparılması üsulunun (ilkin müşahidə, dəyər ölçüsü, cari qruplaşma və təsərrüfat fəaliyyəti hallarının ümumiləşdirilmiş yekunu) məcmuudur.

Uçot stavkası- milli bankın kommersiya banklarına təqdim etdiyi kreditin faizi.

Uçot registri- uçot yazıllışları üçün nəzərdə tutulan kartlar, cədvəllər, mühasibat kitabları.

Təsisedici sənəd- nizamnamə və təsis müqaviləsi. Hüquqi şəxslərin təsis müqaviləsi təsisçilər arasında bağlanılır, nizamnamə isə onlar (təsisçilər) tərəfindən təsdiq edilir.

Holdinq-şirkət- Səhmin nəzarət zərfinə malik olan və həmin şirkətə daxil olan bir neçə şirkətin birliyi.

Qiymətli kağız- saxlayanın hüququna daxil olma hüququna daxil olan qiymətli sənədlər (səhmlər, istiqrazlar, veksellər və i.a.).

Çek- bankdakı hesabdan nəğd pulun verilməsi və nağdısız hesablaşma zamanı buraxılmış əmtəə, xidmətlər üçün yazılan xüsusi sənəd.

Xalis mənfəət (xalis zərər)- adi fəaliyyət növündən alınan maliyyə nəticəsi eləcədə sair gəlir və xərclərin məcmusu.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!