Uçot siyasəti
Uçot siyasəti - müəssisə tərəfndən qəbul edilmiş mühasibat uçotunun aparılma qaydalarının məcmusudur.
"Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə" Kommersiya Təşkilatları üçün 11 N-li Milli Mühasibat Uçotu Standartı:
Uçot siyasəti – maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı
müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.
|
Müəssisənin uçot siyasəti Baş mühasib tərəfindən hazırlanır və müəssisə Rəhbəri tərəfindən təsdiqlənir.
Uçot siyasətinin formalaşmasında əsasən aşağıdakılar nəzərdə tutulur:
- müəssisə öz əmlakini və öhdəliklərini digər müəssisələrin əmlakindan və öhdəliklərindən ayirir;
- müəssisə uzun müddət fasiləsiz işinə, onun gələcək inkişafina, əmlak və öhdəliklərinə, həmçinin borclarinin vaxtli-vaxtinda ödənilməsinə təminat verir;
- müəssisənin uçot siyasətini Azərbaycan Respublikasinin Mühasibat uçotu sistemini tənzimləyən qanunverici sənədlərə uyğun olaraq hesabat ili üçün qəbul edir;
- müəssisə gəlir və xərclərin hesabat dövrünə düzgün aid etməli, bütün təsərrüfat əməliyyatlarinin ardicil olaraq uçot registrlərində düzgün xronoloji qeydiyyatini təmin etməli, mövcud əmlakin, öhdəliklərin, kapitalin, hesablaşmalarin və digər sərvətlərin inventarizasiyanin nəticəllərini uçotda tam və düzgün əks etdirməlidir.
Müəssisənin uçot siyasəti əsasən aşağidakilari özündə əks etdirir:
- müəssisə əmlakinin, öhdəliklərinin, kapitalinin, dövriyyə vasitələrinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarinin natural göstəricilər əsasinda, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşiliqli əlaqədə, mühasibat hesablarinda ikili yaziliş üsulu ilə heç bir istisnaya yol vermədən düzgün yiğilmasi və qaydaya salinmasi sistemini təmin edir;
- müəssisə rəhbəri mühasibat uçotunun təşkili formasini, sənəd dövriyyəsi qaydasini və uçot məlumatlarinin texnoloigiyasini təmin edir, daxili uçot və hesabat sistemini işləyib hazirlayir, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatlari üzərində nəzarət qaydasini sənədlərə imza etmək hüququ olanlari və s. müəyyən edir;
- müəssisə ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarini uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünü təmin edərək onlarin uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanmasini tələb edir;
- müəssisə maliyyə nəticələrini formalaşdiran zaman potensial zərərin yaxud öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək uçot və hesabatda əksini tapmasi üçün böyük hazirliq işini – ehtiyatliliği təmin edir;
- müəssisə hər dəfə analitik uçot məlumatlarini sintetik uçot məlumatlari ilə tutuşduraraq mühasibat uçotu və hesabatinin düzgünlüyünü yoxlayir.
Uçot siyasətinin formalaşmasi zamani mühasibat uçotunun təşkili və aparilmasi (daxili uçot və hesabat qaydalarinin yaradilmasi), inventarizasiya qaydasi, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsullari, fondlar və ehtiyatlarin yaradilmasi, satişdan gələn gəlirin müəyyən edilməsi, ilkin uçot formalarinin təşkili, ayliq, rüblük və illik hesabatlarin hazirlanmasi və s. işlərin görülməsi barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazirlayir.
Müəssisə rəhbəri uçot siyasətini formalaşdiran zaman “Mühasibat uçotu haqqinda” Azərbaycan Respublikasi Qanununu əldə rəhbər tutaraq onun bütün tələlblərini yerinə yetirməlidir. Uçot siyasəti həmçinin Azərbaycan Respublikasinin qanunverici orqanlari tərəfindən qəbul edilmiş Mühasibat uçotu standartlarinin tələblərinə uyğun olmalidir.
Müəssisənin uçot siyasətində hər dəfə Azərbaycan Respublikasinin qanunverici orqanlari tərəfindən qəbul edilmiş mühasibat uçotu standartlarinin tələblərinə uyğun əlavə və dəyişikliklər edilə bilər.
Təşkilatin uçot siyasətinə (metodoloji, təşkilati-texniki istiqamət baximindan) əsas baxişlar.
Uçot siyasətində metodoloji, təşkilati-texniki baxişlar özünə məxsus xüsusi əhəmiyyətə malikdir.
Metodoloji baxiş aşağidaki nöqteyi-nəzərləri özündə birləşdirir:
- Əsas və dövriyyə vəsaitlərinin özlərinə aid əşyaya aid edilməsinə hədd qoyulmasi.
- Əsas vəsait və qeyri-maddi aktivlər üzrə amortizasiyanin hesablanma qaydasi.
- Qeyri-maddi aktivlərə hesablanmiş amortizasiyanin əks etdirilməsi üçün sxematik yaziliş variantinin seçilməsi.
- Ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsi üsullarinin təyin edilməsi.
- Ümumtəsərrüfat xərclərinin istehsalat yaxud “Satiş” hesabina silinməsi variantinin seçilməsi.
- Tədarük üzrə əməliyyatlarin ona aid hesablarda və material dəyərlilərinə birləşdirilməsinin əks etdirilmə qaydasinin təyin edilməsi.
- Maddi – istehsal ehtiyatlarina görə hesablaşmalarin və onlarin maya dəyərinin hesablanmasina görə metodun təyin edilməsi.
- İstehsala məsrəflərin və məhsulun maya dəyərinin uçotu və kalkulyasiya etmə variantinin seçilməsi.
- Qarşidaki xərclər üçün ehtiyatlarin siyahisinin tərtib edilməsi.
- Əsas vəsaitlərin uçotu və onun təmirinin aparilma qaydasinin təyin edilməsi.
- Məhsul (iş, xidmət) satişindan gəlirin müəyyən edilmə qaydasinin müəyyən olunmasi.
- Gələcək dövr gəlir və xərclərinin uçotu variantinin seçilməsi.
- Debitor və kreditor borclarinin qiymətləndirilməsi qaydasinin təyin edilməsi.
- Material dəyərlilərinin qiymətlərinin aşaği salinmasi, qiymətli kağizlara qoyuluşun qiymətdən düşməsi və şübhəli borclar üçün ehtiyatin yaradilmasi və istifadəsi qaydasinin təyin olunmasi.
- Ehtiyat kapitalinin uçotunun aparilma qaydasinin müəyyən edilməsi.
- Satiş xərclərinin yaradilmasi və bölüşdürülməsi variantinin seçilməsi.
- Məzənnə fərqi və onun uçotu qaydasinin təyin edilməsi.
- Əvəzsiz alinmiş pul və material dəyərlilərinin uçotu variantinin seçilməsi.
- 48 “Məhsul (iş, xidmət)” hesabinin uçotu variantinin seçilməsi.
- Məqsədli maliyyələşmənin istifadəsi və onun uçotu variantinin seçilməsi.
- Xalis mənfəətin müəyyən edilməsi və bölüşdürülməsi variantinin seçilməsi.
- Dividendin hesablanmasi və ödənilməsi qaydasinin müəyyən edilməsi.
- 80 “Mənfəət və zərər” və s. hesabin yaradilmasi və bağlanmasi qaydasinin təyin olunmasi.
Təşkilati-texniki baxiş isə aşağidaki nöqteyi-nəzərləri əhatə edir:
- Mühasibat uçotunun formalarini seçmək.
- Mühasibatliğin işini təşkil etmək.
- İstehsaldaxili uçot, hesabat və nəzarət sistemini seçmək.
- Əmlak və öhdəliklərin inventarizasiyasi qaydasini təyin etmək. Sənəd dövriyyəsinin qaydasini işləmək.
- Mühasibat uçotunun hesablar planini işləmək.
- Uçot informasiyalarinin texnoloji işlənməsini həyata keçirmək.
- Hesabatin həcmi, müddəti və təqdim edilmə ünvanini təyin etmək.
- Auditor və digər təşkilatlarla qarşiliqli əlaqə sistemini təyin etmək.
Təşkilatin uçot siyasəti təşkilat rəhbərinin əmri ilə təsdiq olunur və hüquqi qüvvə əldə edir. Bu baximdan yuxarida qeyd edilən bütün nöqteyi-nəzərlər müvafiq normativ sənədlərlə əsaslandirilmaqla ona daxil edilməlidir. Sadalanan siyahilar nümunə kimi verilmiş və onlar təsərrüfat fəaliyyətinin istiqamətindən və müəssisə və təşkilatlarin səviyyəsindən asili olaraq artirila yaxud azaldila bilər.
Son illərdə Azərbaycanda mühasibat uçotunun qurulmasi sistemi xeyli dəyişikliklərə, əlavələrə və düzəlişlərə məruz qalmişdir. Buna görə təşkilatin uçot siyasətini hazirlayan zaman mühasibat uçotu haqqinda Azərbaycan Respublikasi Qanunu, digər Azərbaycan Respublikasi qanunu, Azərbaycan Respublikasi Prezidentinin fərmani, Azərbaycan hökumətinin qərarlari, Maliyyə Nazirliyinin əsasnamələri, əmrləri, təlimatlari, məktublari və digər normativ sənədlər həmçinin 1995-ci il və 2006-ci ildə təsdiq olunmuş hesablar plani əsas götürülməli və onlara istinad edilməlidir.
Sənədlər:
"Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə" Kommersiya Təşkilatları üçün 11 N-li Milli Mühasibat Uçotu Standartı:
|