Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Aksizlər


Verginin elementi Xüsusiyyəti Əsas
Aksiz anlayışı Aksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.
Azərbaycan Respublikasında aksizli mallara aşağıdakılar aid edilir:
  • içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;
  • tütün məmulatları;
  • neft məhsulları;
  • minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
  • istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.
AR Vergi Məcəlləsi, Maddə 182
Vergi ödəyiciləri
  • Azərbaycan Respublikasında aksizli malların istehsalçıları;
  • Azərbaycan Respublikasına aksizli malların idxalçıları;
  • xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;
Onu da qeyd edək ki, aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.
AR VM,Maddə 183
Vergitutma obyekti
  • respublika ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;
  • idxal edilən aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.
Qeyd edək ki, istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir
AR VM,Maddə 184
Vergi tutulan əməliyyatın məbləği Respublika ərazisində istehsal olunan mallar üzrə:
  • neft məhsulları üçün - vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləği;
  • digər aksizli mallar üçün - istehsal olunan malların miqdarı.
Respublikaya idxal olunan mallar üzrə:
  • minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün - vasitələrin mühərrikinin həcmi;
  • idxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.
  • digər idxal malları üçün - topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəri (aksiz, yol vergisi və ƏDV çıxılmaqla).
AR VM,Maddə 185
Vergi tutulan əməliyyatın vaxtı Respublika ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt;

İdxal edilən mallar üçün - malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt.

AR VM,Maddə 186
İxracın vergiyə cəlb edilməsi Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur. AR VM,Maddə 187
Azadolmalar Aşağıdakılar aksizdən azad edilir:
  • fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin, 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

    Qeyd: Belə hallarda, aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

  • Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
  • Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.
AR VM,Maddə 188
İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

Ödənilmiş aksizin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün vergi ödəyicisi vergi orqanına aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab – fakturasını və ya müvafiq idxal sənədlərini təqdim etməlidir.

Artıq ödənilən verginin məbləği sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində qaytarılır.

Əvəzləşdirmə üçün ərizə aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verilir.

AR VM,Maddə 189
Təkrar ixrac zamanı aksizin qaytarılması Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz malların idxal vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.

Bu rejim aksizlərdən azad edilən - təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən idxal mallarına tətbiq edilmir.

AR VM,Maddə 193
Vergi dərəcələri Respublikada istehsal olunan mallar üzrə:
  • içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri:

    içməli spirt(o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti;
    tərkibində 80 %- dən az spirt olan denaturlaşdırılmamış etil spirti)
    hər litrinə 2,0 manat
    araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarıhər litrinə 2,0 manat
    konyak və konyak materialları hər litrinə 6,0 manat
    şampan şərabıhər litrinə 2,50 manat
    şərablar və şərab materiallarıhər litrinə 10 qəpik
    pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərhər litrinə 20 qəpik
    siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 10,0 manat;
    tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri 1000 ədədinə 4,0 manat.

  • neft məhsullarının 1 tonu üçün tətbiq edilən aksiz dərəcələri:

    Avtomobil benzini Aİ-95101%
    Avtomobil benzini Aİ-9292%
    Avtomobil benzini Aİ-8093%
    Dizel yanacağı24%
    Məişət soba yanacağı28%
    Ağ neft (KO-20)32%
    Reaktiv mühərrik yanacağı14%
    Nafta (ilkin emal benzini)19%
    Maye qaz (butan-butilen və propan-propilen fraksiyası)30%
    Qaz benzini37%
    Mühərrik yanacağı DT-3652%
    Mühərrik yanacağı DT-2061%
    Soba mazutu11%
    Motor yağları - M-12VB, M-14V252%
    Sənaye yağları İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ- 30V72%
    Turbin yağları T-22, T-30, T-4639%
    Transformator yağı T-150054%.
    Digər yağlar AK-15, S-11, XM-6, K-12, K-19,VM-456%
    Kokslar K-8, K-0, K-0,2519%
    Koks ümumi18%
    Bitum BN 60/90, BNB – 60/7033%
    Bitum MQO34%
    Bitum BNV, rubraks A–30, BNB–70/30, BNB–85/2531%
    Kimya sənayesi üçün ilkin benzin fraksiyası8%

  • minik avtomobilləri, istirahət və ya bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcəsi onların mühərrikinin həcminin hər kub santimetrinə görə 0 manat təşkil edir.

Respublikaya idxal olunan mallar üzrə:

  • minik avtomobillərinin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcələri:
    Mühərrikin həcmiAksizin dərəcəsi
    2000 sm3-dək olduqdahər 1 sm3 0,20 manat
    3000 sm3-dək olduqda400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat
    4000 kub sm3-dək olduqda1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
    5000 kub sm3-dək olduqda5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
    5000 kub sm3-dən çox olduqda13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat
    İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrMühərrikin həcminin hər kubsantimetrinə görə - 3 manat
    • idxal olunan platinin hər qramına görə - 2,0 manat;
    • idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
      • qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;
      • qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 1,0 manat;
      • qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;
      • qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 1,5 manat;
      • qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;
      • qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;
    • idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
      • almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;
      • almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
        • 1 karatdan 2 karatadək olduqda - 2,0;
        • 2 karatdan 3 karatadək olduqda - 3,0;
        • 3 karatdan 4 karatadək olduqda - 4,0;
        • 4 karatdan 5 karatadək olduqda - 5,0;
        • 5 karatdan yuxarı olduqda - 10,0.".
    • digər aksizli mallara tətbiq olunan aksiz dərəcələri Nazirlər Kabinetinin müvafiq Qərarları ilə tənzimlənir.
AR VM,Maddə 190
Elektron vergi hesab-fakturasının verilməsi Aksizli malları göndərən vergi ödəyicisi malı qəbul edənə müvafiq qaydada tərtib olunmuş elektron vergi hesab-fakturasını verməlidir.

Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek də verilə bilər. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

AR VM,Maddə 195
Aksizin bəyan edilməsi İstehsalçılar hesabat dövrü olan hər hesabat ayı üçün mövcud olmuş vergi tutulan əməliyyatlar barədə bəyannaməni növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bilavasitə, poçt və ya elektron formatda İnternet vasitəsilə təqdim etməlidirlər.

Hesabat ayı ərzində vergi tutulan əməliyyat olmadıqda vergi orqanına müvafiq arayış forması təqdim olunmalıdır.

Vergi ödəyicisinin ləğvi (onun fəaliyyətinə xitam verilməsi) zamanı hesabat ayının əvvəlindən fəaliyyəti dayandırılan günə qədər olan dövrü əhatə edən bəyannamə vergi orqanına növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində təqdim olunmalıdır.

İdxalçılar idxal edilən malları gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edirlər.

AR VM,Maddə 192
Aksizin ödənilməsi İstehsalçılar hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizləri növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Ödəyicinin aksizin ödənişi üzrə borcu olduqda, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər sözügedən əməliyyatların aparıldığı vaxt ödənilir. Əks təqdirdə, yəni ödəniş aparmadıqda ödəyicinin malları istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.

Malların idxalı zamanı aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur

AR VM,Maddə 191
Aksizli malların üzərində dövlət nəzarəti Vergi orqanları aksizli malların markalanmasına nəzarəti ödəyicilərin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirlər görməklə həyata keçirir.

Plombların vurulması və açılması arasındakı müddətdə nəzarətölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Digər tərəfdən, İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun pozuntusuna yol vermiş şəxslərə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:

  • aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə həmin məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 35 manatdan 40 manatadək miqdarda, vəzifəli şəxslər 80 manatdan 90 manatadək miqdarda, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək miqdarda cərimə edilir;
  • aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan 500 manatadək olan məbləğdə idxal edilməsinə görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 150 manatdan 250 manatadək miqdarda, vəzifəli şəxslər 300 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə edilir.
  • aksiz markası ilə markalanmalı olan məhsulların (malların) aksiz markası olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satışı, satış məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması və ya idxal edilməsi müvafiq əmlak müsadirə olunmaqla 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;
  • eyni əməllər külli miqdarda, yəni 2000 manatdan yuxarı olan məbləğdə, təkrarən və ya qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;
  • saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma 1000 manatdan 2000 manatadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
AR VM,Maddə 58.9,194. AR İXM, Maddə 229,293.1. AR CM Maddə 205.1, 213.1



   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!