Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Əlavə dəyər vergisi



Verginin elementi Xüsusiyyəti Əsas
Vergi ödəyiciləri Əlavə dəyər vergisinin ödəyiciləri aşağıdakılardır:
  1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs.
  2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.
  3. Azərbaycan Respublikası ərazisində ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxs.
  4. Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır
  5. Aksizli malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır.
AR Vergi Məcəlləsi, Maddə 154
Vergitutma obyekti
  1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal.
    Qeyd:
    • ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaitləri və torpaq mal sayılmır
    • Tranzit yük daşıması qaydasında, müvəqqəti idxal şəklində AR ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.
    • Azərbaycan Respublikası xaricində işlərin görülməsi və xidmətlərin göstərilməsi vergitutma əməliyyatlarına daxil deyil.

  2. Əvəzli və ya əvəzsiz qaydada vergi ödəyicisi öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.
  3. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya alma hüququna malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
  4. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.
  5. ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

    Misal

  6. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.
  7. AR VM-nin 164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı və 164.1.20-164.1.25-ci maddələrinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.

Bəzi əməliyyatlar ƏDV vergisindən azaddır
AR VM,Maddə 159
Malların təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Əməliyyatlar (malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi) Azərbaycan Respublikası ərazisində baş verdikdə ƏDV vergisinə cəlb edilir
    Malların təqdim edildiyi yer
  • Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu və ya quraşdırıldığı yer sayılır.

    İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

  1. daşınmaz əmlakın olduğu yer — işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir;
  2. işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer — bunlar daşınan əmlakla bağlıdırsa;
  3. xidmətlərin faktiki göstərildiyi yer — xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə
  4. nəqletmənin faktiki həyata keçirildiyi yer — işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa;
  5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:
    • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
    • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
    • işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
    • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
    • müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;.
    • telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
    • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
    • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi.
  6. İşi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer.
Birdən çox maddədə sadalanan işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer bu maddələrin sıra üzrə birincisi ilə müəyyənləşdirilir.
AR VM Maddə 167, 168
Vergitutma bazası
    Vergi tutulan əməliyyatın dəyəri
  • Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
  • Əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.
  • Aşağıda göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur:
    • Əvəzli və ya əvəzsiz qaydada vergi ödəyicisi öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.
    • Vergi ödəyicisi malları(işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya alma hüququna malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
    • Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

    Vergi tutulan idxalın dəyəri
  • Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.
  • Idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri Vergi tutulan idxalın dəyərinə əlavə edilir..
AR VM Maddə 161, 162
ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. AR VM Maddə 178
ƏDV-nin dərəcələri

ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

Vergi tutulan dövriyyə hesabat dövri ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.

Bəzi işlərin görülməsi, xidmətlərin göstərilməsi və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur

AR VM Maddə 165, 173
Büdcəyə ödənilməli olan ƏDV Hesabat dövrü ərzində (təqvim ayı) vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği vergi tutulan əməliyyatın və idxalın dəyərinin 18 faizi ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. AR VM Maddə 174
Əvəzləşdirilən ƏDV ƏDV-nin ödənilməsini təsdiq edən və əvəzləşdirməyə əsas verən sənədlər bunlardır:
  1. Azərbaycan Respublikası ərazisində malların (xidmətlərin, işlərin) alınması ilə bağlı - Malgöndərən (xidmət göstərən və ya iş görən) tərəfindən göndərilən Elektron Vergi Hesab-Faktura və alıcının onun depozit hesabına ƏDV-nin köçürülməsini təsdiq edən sənəd. Malgöndərənin hesabına olan ödəmə nəğdsiz qaydada olmalıdır (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə).
  2. Malların idxalı ilə bağlı - Gömrük orqanları tərəfindən verilən Yük Gömrük Bəyənnaməsi, və ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən sənəd. Ödəmə qaydası (nəğd və ya köçürmə yolu ilə) fərq etmir.
  3. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən AR ərazisində vergi agenti üçün xidmətlərin göstərilməsi və ya işlərin görülməsi. - Büdcəyə ödənilən ƏDV məbləğini təsdiq edən sənəd. Ödəmə qaydası (nəğd və ya köçürmə yolu ilə) fərq etmir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan xərclər çəkiləndə ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

ƏDV-dən azad olunan, yaxud ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.17-ci maddəsində nəzərdə tutulmuş subsidiyalar istisna olmaqla, dövlət büdcəsindən muxtəlif mənbələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilir.

AR VM Maddə 175
ƏDV-nin ödənilməsi

ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.

Yalnız malların idxalı üzrə vergi ödəyicisi olan şəxslər ƏDV-nin bəyannaməsini verməyə borclu deyil.

Vergi tutulan idxal üzrə ƏDV bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır və alınır.

Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 45 gün ərzində qaytarılır.

AR VM Maddə 177, 179

   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!