| Verginin elementi |
Xüsusiyyəti |
Əsas |
| Vergi ödəyiciləri |
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
Fiziki şəxs — Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Rezident
AR VM Maddə 13.2.5. Rezident - aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:
a) təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
b) təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
c) bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı;
|
Qeyri-rezident
AR VM Maddə 13.2.6. Qeyri-rezident:
13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
13.2.6.4. bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;
13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
|
|
AR Vergi Məcəlləsi, Maddə 95 |
| Vergitutma obyekti |
- Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Misal
Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur və cari ildə onun 14 000 AZN gəliri var. Bu gəliri əldə etmək üçün onun il ərzində 4 000 AZN xərci olub. Beləliklə, vergitutma obyekti, fiziki şəxsin illik gəliri çıxılsın bu gəlirləri əldə etmək üçün xərcləri - 10 000 AZN təşkil edir.
|
- Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir.
Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir.
Misal
Qeyri-rezident fiziki-şəxs Azərbaycanda 90 gün ərzində daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və 15 000 AZN gəlir əldə etmişdir. Gəlirin əldə edilməsi ilə bağlı olan xərclər 5 000 AZN təşkil etmişdir. Belə olduqda, qeyri-rezidentin gəlir vergisi üçün vergitutma obyekti 10 000 AZN təşkil edir.
|
- Qeyri-rezidentin bu Məcəllənin 96.2-ci maddəsində göstərilməyən, lakin vergiyə cəlb edilməsi bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir.
Misal
Qeyri-rezident fiziki şəxs rezident müəssisəyə kompüter proram təminatının quraşdırılmasını və istismarı qaydalarının təlimini keçirib. Bağlanmış müqavilənin dəyəri 10 000 AZN-dir. Vergi Məcəlləsinin, 96.3 maddəsinə əsasən vergitutma obyekti 10 000 AZN-dir.
|
- Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.
Misal
Qeyri-rezident fiziki şəxs 2009-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasında 15 000 AZN qiymətinə avtomobil əldə etmişdir, və 2009-cu ildə də avtomobili 16 000 AZN qiymətinə satmışdır. Belə olduqda, qeyri-rezidentin gəlir vergisi üçün vergitutma obyekti 1 000 AZN təşkil edir.
|
|
AR VM,Maddə 96 |
| Gəlir |
Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aiddir:
- muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.
|
AR VM,Maddə 97 |
| Gəlirin dəqiqləşdirilməsi |
Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü və 124-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır.
|
AR VM,Maddə 100 |
| Gəlir vergisinin dərəcəsi |
Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
- 2 500 manatadək - 14%
- 2 500 manatdan çox olduqda - 350 manat + 2 500 manatdan çox olan məbləğin 25 faizi
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
- 30 000 manatadək - 14%
- 30 000 manatdan çox olduqda - 4200 manat + 30 000 manatdan çox olan məbləğin 25 faizi
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
|
AR VM,Maddə 101 |
| Gəlir vergisindən azadolmalar və güzəştlər |
Gəlir vergisindən azadolmalar.
Vergi güzəştləri.
|
AR VM,Maddə 102 |