Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

      Yol vergisi


Verginin elementi Xüsusiyyəti Əsas
Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

AR Vergi Məcəlləsi, Maddə 209
Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

AR VM,Maddə 210
Yol vergisinin dərəcələri

Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi cəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

Azərbaycan Respublikasının ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:

  • minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
    1 aya qədər15 ABŞ dolları20 ABŞ dolları40 ABŞ dolları
    3 aya qədər30 ABŞ dolları40 ABŞ dolları60 ABŞ dolları
    1 ilə qədər40 ABŞ dolları80 ABŞ dolları120 ABŞ dolları
    1 ildən yuxarı40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

  • avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət Oturacaq yerlərinin sayı 12-dək olanda Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda Oturacaq yerlərinin sayı 31 və çox olanda
    1 gün üçün15 ABŞ dolları20 ABŞ dolları25 ABŞ dolları
    1 həftəyədək30 ABŞ dolları40 ABŞ dolları50 ABŞ dolları
    1 aya qədər100 ABŞ dolları140 ABŞ dolları175 ABŞ dolları
    3 aya qədər300 ABŞ dolları400 ABŞ dolları500 ABŞ dolları
    1 ilə qədər1050 ABŞ dolları1400 ABŞ dolları1750 ABŞ dolları
    1 ildən yuxarı1050 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 12 ABŞ dolları1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları1750 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları

  • yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
    Ölkə ərazisində qaldığı müddət 4 (dörd) oxa qədər olanda 4 (dörd) ox və çox olanda
    1 gün üçün20 ABŞ dolları30 ABŞ dolları
    1 həftəyədək40 ABŞ dolları80 ABŞ dolları
    1 aya qədər140 ABŞ dolları280 ABŞ dolları
    3 aya qədər400 ABŞ dolları800 ABŞ dolları
    1 ilə qədər1400 ABŞ dolları2800 ABŞ dolları
    1 ildən yuxarı1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları
  • Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.
  • Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçvəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.
Yuxarıda göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
    nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
  • 37 tondan 41 tonadək olduqda — 0,15 ABŞ dolları;
  • 41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;
  • 51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;
  • 61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;
  • 71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;
  • 81 tondan çox olduqda — 1,8 ABŞ dolları;
Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:
Ölkə ərazisində qaldığı müddət 4 oxa qədər olduqda 4 ox və çox olduqda
az təhlükəli yüklər üçün təhlükəli yüklər üçün xüsusi təhlükəli yüklər üçün az təhlükəli yüklər üçün təhlükəli yüklər üçün xüsusi təhlükəli yüklər üçün
1 gün üçün 20 ABŞ dolları 40 ABŞ dolları 80 ABŞ dolları 30 ABŞ dolları 60 ABŞ dolları 120 ABŞ dolları
2 həftəyədək 40 ABŞ dolları 80 ABŞ dolları 160 ABŞ dolları 80 ABŞ dolları 160 ABŞ dolları 320 ABŞ dolları
1 aya qədər 140 ABŞ dolları 280 ABŞ dolları 560 ABŞ dolları 280 ABŞ dolları 560 ABŞ dolları 1120 ABŞ dolları
3 aya qədər 400 ABŞ dolları 800 ABŞ dolları 1600 ABŞ dolları 800 ABŞ dolları 1600 ABŞ dolları 3200 ABŞ dolları
1 ilə qədər 1400 ABŞ dolları 2800 ABŞ dolları 5600 ABŞ dolları 2800 ABŞ dolları 5600 ABŞ dolları 11200 ABŞ dolları
1 ildən yuxarı 1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları 2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları 5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları 2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları 5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları 11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları

Misal

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satilan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satilan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

AR VM,Maddə 211
Yol vergisinin tutulması və bəyannamənin təqdim edilməsi Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edir.

AR VM,Maddə 212

   Baş səhifə
   Verginin əsasları
   Vergi qanunvericiliyin pozulmasina görə məsuliyyət
   Gəlir vergisi
   Mənfəət vergisi
   ƏDV
   Aksizlər
   Əmlak vergisi
   Torpaq vergisi
   Yol vergisi
   Mədən vergisi
   Sadələşdirilmiş vergi
   Yerli (bələdiyyə) vergilər
   Dovlət rüsumu
   Gömrük ödənişləri
   Sosial sığorta

   Vergi məcəlləsi

Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!