Sənədlər: Alqı-satqı müqaviləsiƏmtəələrin alqı-satqısı ən geniş yayılmış təsərrüfat əməliyyatlarından biridir. Bu əməliyyatları "Alqı-satqı müqaviləsi" ilə rəsmiləşdirilir. Alqı-satqı müqaviləsinin mahiyyəti əmtəələrə olan mülkiyyətin satıcıdan alıcıya keçməsidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (AR MM, Maddə 567). Müqavilə bağlama anına satıcıda olan mallara və ya satıcı tərəfindən gələcəkdə aldığı mallar üçün bağlana bilər. Müqavilədə malların adları və miqdarı göstərildikdə, alqı-satqı müqavilənsinin şərtləri razılaşdırılmış sayılır. Belə ki, əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Alqı-satqı müqaviləsinə görə satıcının vəzifəsidir:
Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə satıcı onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Alqı-satqı müqaviləsinin növləri
Aşağıdan alqı-satqı müqaviləsinin nümunəvi formasını yükləyə bilərsiniz. "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi"-nin nümunəvi forması
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-06-27 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!