Sənədlər: Tapşırıq müqaviləsiAR Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən: Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Müqavilənin predmeti Tapşırıq müqaviləsinin predmeti vəkalət alanın vəkalət verənə qeyri-maddi olan vasitəçilik xidmətlərinin göstərilməsidir - əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsi. Vəkalət alanın vasitəçilik xidmətlərinin nəticəsi maddi formada təcəssüm olunmur, və xidmətlərin konkret nəticə əldə olunmasına təminat verilmir. Tapşırıq müqaviləsinə görə vəkalət verən vəkalət alana onun adından və onun vəsaiti hesabına hər-hansı hüquqi hərəkətləri icra etməyi tapşırır. Tapşırıq müqaviləsinin predmeti anlayışına təmsilçinin yalnız hüquqi hərəkətləri aiddir. Hüquqi hərəkətlər dedikdə burada əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulur. Misal üçün, vəkalət verənin adından əqdlərin bağlanması, müəssisənin dövlət qeydiyyatından keçirilməsi, banklarda hesabların açılması, razılıq sənədləri (və ya lisenziyaların) dövlət orqanlarından alınması, hüquqi şəxsin ləğvi və yenidən təşkili və s. hüquqi hərəkətlər. Bundan başqa, vəkalət alan göstərdiyi xidmətin nəticəsinə təminat vermir. Tapşırığın məzmunu müqavilədə birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Müqavilənin tərəfləri və subyektləri Tapşırıq müqaviləsinin tərəfləri istənilən hüquqi, fiziki şəxslər və fərdi sahibkarlar ola bilərlər. Tapşırıq müqaviləsinin subyektləri aşağıdakılardır:
Tapşırıq müqaviləsi yalnız vəkalət verənlə vəkalət alan arasında hüquqi münasibətləri tənzimləyir. Üçüncü şəxslər üçün vəkalət alanın vəkalət verən adından hər hansı səlahiyyətə malik olması etibarnamə ilə təsdiqlənməlidir. Müqavilənin forması Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Tapşırıq müqaviləsi üzrə vəkalət alan ilə üçüncü şəxslər arasında münasibətlər etibarnamə ilə tənzimlənir. AR Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Beləliklə vəkalət verənin vəkalət alana verdiyi etibarnamə mütləq yazılı formada olmalıdır və onun əsasında bağlanan əqd notarial forma tələb etdikdə, notariat qaydasında təsdiqlənməlidir. Vəkalət alan tərəfindən etibarnamənin qəbul edilməsi və icrası onun şifahi formalı tapşırıq müqaviləsini aksept etməsini sübut edir. Tapşırıq müqaviləsi üzrə vəkalət alan kommersiya təmsilçisi olduqda AR Mülki Məcəlləsinin-nin 361.3-cü maddəsinə uyğun olaraq həmin müqavilə mütləq yazılı formada bağlanmalıdır. Tərəflərin vəzifələri Vəkalət alanın vəzifələri:
Vəkalət verənin vəzifələri:
Tərəflərin məsuliyyəti Vəkalət alanın məsuliyyəti Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:
Vəkalət verənin məsuliyyəti Tapşırığın icrası zamanı vəkalət alana zərər dəymişsə, və əgər vəkalət verən zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, o, vəkalət alan qarşısında məsuliyyət daşıyır və zərərin əvəzi onun (vəkalət verən) tərəfindən ödənilməlidir. Müqaviləyə əlavələr Tapşırıq müqaviləsinə aşağıdakı əlavələr edilə bilər:
Müqaviləyə qoşma sənədlər Tapşırıq müqaviləsinə aşağıdakı sənəd formaları əlavə edilə bilər:
Müqaviləyə xitam verilməsi Tapşırıq müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-06-07 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!