Sənədlərin tərtib edilməsinin ümumi tələbləriBildiyiniz kimi, mühasiblər daim böyük həcmdə sənədlər ilə işləyirlər. Və bunun səbəbi də sadədir, çünki müəssisənin hər bir təsərrüfat əməliyyatı ilkin uçot sənədləri ilə təstiqlənməlidir. "Mühasibat uçotu haqqında" AR Qanunun 2.1.11 maddəsinə əsasən:
İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.
İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Bu sənədlər əsasında mühasib mühasibat uçotundakı müxabirləşmələri edir. Ona görə də bu sənədlər ilkin sənədlər adlandırılır: çünki ilkin sənəd, mühasibat uçotunda müxabirləşmə etmək üçün əsasdır. Lakin, onu da bilmək lazımdır ki, müxabirləşmənin edilməsi üçün əsas yalnız ilkin sənəd deyil, həm də ki, təsərrüfat əməliyyatının həqiqətən baş verməsidir. İlkin uçot sənədləri ya müvafiq dövlət orqanlarının təsdiq etdiyi formalarda, və ya müəssisə tərəfindən sərbəst tərtib edilmiş formada ola bilər. Dövlət orqanlarının təsdiq etdiyi formalar ya yalnız icazəsi olan müvafiq nəşriyyatlarda çap edilmiş ciddi hesabat blankları formasında, və ya müəssisə tərəfindən hazırlana bilərlər. Müəssisə öz uçot siyasətində istifadə etdiyi ilkin uçot sənədlərinin formaları barədə məlumat verməlidir. AR Vergi Məcəlləsinin 71-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs:
Vergi ödəyiciləri yuxarıda göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri mühasibat uçotu registrlərini Azərbaycan dilində aparmalıdır. Xaricdə fəaliyyət göstərən mühasibat uçotu subyektinin Azərbaycan dilindəki mühasibat uçotu registrləri bu xarici ölkələrin qanunvericiliyi ilə müəyyən olunmuş tələblər əsasında xarici dillərə tərcümə edilə bilər. Əllə tərtib olunan mühasibat kitablarında səhifələr nömrələnir. Kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə mühasibat uçotu subyektinin baş mühasibi və bu mühasibat uçotu subyektinin rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir. Hər kitabda mühasibat uçotu subyektinin, mərkəzi mühasibatlığın adı və kitabın açıldığı tarix yazılır. Kitabda açılmış subhesabların adı olmalıdır. Müəyyən bir subhesab üzrə yazılışlar kitabın digər səhifəsinə köçürülərkən, həmin subhesab üzrə başlıqda, yeni səhifənin nömrəsi göstərilməklə yazılışın köçürülməsi haqqında qeyd edilir. Hesabat dövrü başa çatan zaman mühasibat uçotu kitablarında boş səhifələr növbəti hesabat dövrünün əməliyyatlarının yazılışları üçün istifadə oluna bilər. Mühasibat uçotunun registrlərində yazılışlar ilkin uçot sənədlərinə əsasən qələmlə və ya avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun registrləri həmçinin kompyuterlə və ya müasir hesablama texnikası vasitəsi ilə tərtib edilir. Hər ayın sonunda analitik uçot registrlərində dövriyyənin yekunu hesablanılır və subhesablar üzrə qalıqlar çıxarılır. İlin əvvəlinə olan dövriyyə balansının məlumatları (qalıqları) hesabat dövründən əvvəlki dövrün sonuna təsdiq edilmiş yekun balansının məlumatlarına uyğun olmalıdır. Hesabat ilinin əvvəlinə dövriyyə balansının məlumatları dəyişilərsə onun səbəbləri aydınlaşdırılmalıdır.
Normativ-hüquqi aktlar:
"Mühasibat uçotu haqqında" AR Qanunu Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları Yazı sonuncu dəfə 2019-01-04 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!