Sənədlərin tərtib edilməsinin qaydalarının pozulmasına görə məsuliyyətƏgər müəssisədə hər-hansı təsərrüfat əməliyyatı ilə bağlı olan müvafiq ilkin sənəd tərtib edilməyibsə, və ya tərtib edilən sənəddə zəruri olan rekvizitlər yoxdursa, və ya düzgün doldurulmayıbsa, bu hal səyyar vergi yoxlaması zamanı aşkar edilə bilər. Nəticədə bu hal vergilərin azaldılmasına və digər hüquq pozuntularına gətirib çıxarda bilər ki, buna görə də qanunvericilikdə maliyyə sanksiyaları nəzərdə tutulmuşdur. Misal üçün, əgər hər-hansı bir əməliyyat üzrə xərclərin tanınması üçün ilkin sənəd (misal üçün, işlərin görülməsi barədə "Təhvil-təslim aktı") yoxdursa, və ya qaydalara uyğun tərtib edilməyibsə, o zaman, səyyar vergi yoxlaması zamanı bu xərclər vergitutma məqsədləri üçün gəbul edilməyəcək. Nəticədə mənfəət vergisinin azaldılmasına görə müəssisə əlavə vergi, azaldılmış məbləğin 50% miqdarında maliyyə sansiyası və penya ödəməli olacaq. Belə ki, AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bundan başqa, kassaya pul vəsaitlərinin daxil olması sənədləşdirilmədiyində, mal və materialların alışı müvafiq sənədlər əsasında uçota daxil edilmədiyində, səyyar vergi yoxlasması zamanı inventarizasiya nəticəsində vəsaitlərin uçotdan yayındırılması aşkar edilərsə, müəssisə vergi orqanları tərəfindən cərimə ediləcək. Belə ki, AR Vergi Məcəlləsinin 58.8-ci maddəsinə görə: Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:
Yuxarıda qeyd edilən müddəalar istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir Onu da qeyd etmək lazımdır ki, təsərrüfat əməliyyatının sənədləşdirilməsinin məsuliyyəti ilkin sənədi tərtib edən şəxsin üzərindədir. Bu şəxs (fiziki və ya hüquqi) ilkin uçot sənədində olan məlumatların həqiqi olduğunu təsdiqləməli və onun vaxtında mühasibatlığa çatdırılmasını təmin etməlidir ki, təsərrüfat əməliyyatı uçotda vaxtında qeydə alınsın.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-01-11 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!