Sənəd dövriyyəsi qrafikiSənəd dövriyyəsi qrafiki - ilkin uçot sənədlərinin yaranmasından tutmuş arxivə verilməsinə kimi müəssisədə hərəkətini təsvir edən qrafik və ya sxemdir. Adətən müəssisədə sənəd dövriyyəsi qrafiki baş mühasibin rəhbərliyi altında təşkil edilir. Müəssisə rəhbəri isə bu qrafiki təsiq edir. Sənəd dövriyyəsi qrafiki müəssisənin "Uçot siyasətində" də öz əksini tapmalıdır. Bütün müəssisələrin tələblərinə cavab verən standart sənəd dövriyyəsi qrafiki olmur. Hər bir müəssisə gördüyü işlərinə, işçilərinin sayına və mühasibatlığın təşkilinə görə bu qrafiki sərbəst hazırlamalıdır. Sənəd dövriyyəsi qrafiki dedikdə praktiki olaraq bu sənədin yaradılması, yoxlanılması və işlənilməsi əməliyyatlarının siyahısıdır. Bu siyahıda icraçıların adları və soyadları, vəzifələri və sənədin işlənmə müddəti qeyd edilir. Aşağıdakı misalda müəssisədə qaimə-fakturaların sənəd dövriyyəsi qrafiki verilibdir: TƏSTİQ EDİRƏM Müəssisə MMC-nin direktoru Əliev A.F. Müəssisə MMC-nin sənəd dövriyyəsi QRAFİKİ 01.01.2019 tarixindən qüvvədədir. Sənədin adı QAİMƏ -FAKTURA (Forma № 2Q) Sənədin doldurulması Nüsxə sayı: 2. İcra edilməsi üzrə məsul şəxs: anbardar. İcra edilmə vaxtı: malların yüklənməsi zamanı. Sənəd kimə ötürülür: 1-ci nüsxəsi - alıcıya (malların yüklənməsi zamanı); 2-ci nüsxəsi - mühasibatlığa (hər gün saat 17:00 kimi, hesbat ilə birlikdə). Sənədin yoxlanması və işlənməsi Təqdim edən şəxs: anbardar (hər gün saat 17:00 kimi, hesabat ilə birlikdə). İcra edilməsi üzrə məsul şəxs: mal-material üzrə mühasib. İcra edilmə vaxtı: aldığı gündən növbəti iş günü ərzində. Sənədin müəssisənin arxivinə verilməsi İcra edilməsi üzrə məsul şəxs: mal-material üzrə mühasib. İcra edilmə vaxtı: hesabat ili bitdikdən sonra 1 ay ərzində.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-28 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!