Torpaq, tikili və avadanlıqların daxil olması,istismara verilməsi və uçotuTorpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:
Əsas fondlar – təşkilatların təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan, təşkilat tərəfindən malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir. Müəssisəyə Torpaq, tikili və avadanlıqlar aşağıdakı mənbələrdən daxil ola bilər:
Torpaq, tikili və avadanlıqlar daxil olan zaman "Təhvil-təslim aktı" tərtib edilir. Quraşdırılması tələb olunan tikili və avadanlıqlar üçün quraşdırmaya gəbul aktı tərtib edilir, bu akta avadanlığın xüsusi sənədləri əlavə edilir. Quraşdırma bitdikdən sonra tikili və avadanlıqlar təhvil-təslim aktı ilə mədaxil olunur. Daxil olmuş tikili və avadanlıqlar müəssisənin anbarında da qala bilər, istifadə üçün istismara da verilə bilər. Tikili və avadanlıqların istismara verilməsi "Əsas vəsaitlərin istismara verilməsi AKT"-ı ilə sənədləşdirilir. Uçota gəbul olunmuş tikili və avadanlıqlar üçün inventar kart tərtib edilr.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-10-25 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!