Tikili və avadanlıqların inventar kartı

Müəssisəyə məxsus tikili və avadanlıqlar inventar kartlarda uçota alınır. İnventar kartın forması qanunvericilikdə müəyyən edilməyib, bu səbəbdən ümumi qaydada hazırlanmalıdır. Ümumi qaydada dedikdə, bu sənəddə bütün mütləq olan məlumatlar və rekvizitlər qeyd edilməlidir.

İnventar kartı bir nüsxədə hər bir tikili və avadanlıq obyekti üçün mühasibatlıq tərəfindən hazırlanır.

İnventar kartın 1-ci bölməsində təhvil-təslim aktındakı və alış sənədlərindəki məlumatlar daxil edilir.

İnventar kartın 2-ci bölməsi tikili və avadanlıqların yenidənqiymətləndirilməsindən sonra doldurulur. Burada yenidənqiymətləndirmə tarixi və əmsalı qeyd edilir. Üçüncü sütunda yenidənqiymətləndirmə nəticəsində müəyyən edilən bərpa dəyəri qeyd edilir.

İnventar kartın 3-ci bölməsi tikili və avadanlıqların qəbul edilməsi, daxili yerdəyişməsi və silinməsi barədə məlumat qeyd edilir.

Əsas vəsaitlərin inventar vərəqələri və qeydiyyatı kitablarının saxlama müddəti əsas vəsaitlər ləğv edildikdən (silindikdən) sonra 10 ildir.

İnventar kartı yükləyin

Yazı sonuncu dəfə 2018-11-20 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!