Daxili istehsaldan ehtiyatların daxil olmasıDaxili istehsaldan ehtiyatlar ambara aşağıdakı hallarda daxil ola bilər:
İstehsalı başa çatmış hazır məhsullar və yarımfabrikatlar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar "Hazır məhsulların təhvil-qəbul aktı" (Forma N HMTQA-1) ilə anbarın məsul şəxsinə təhvil verilir. "Hazır məhsulların təhvil-qəbul aktı"nda məhsullar kəmiyyət ifadəsində əks olunur. Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən "Zay məhsullara dair akt" (Forma N ZMDA-1) tərtib edilir. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar "Zay məhsulların təhvil-qəbul aktı" (Forma N ZMDA-1) ilə anbarın məsul şəxsinə verilir. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.
Normativ-hüquqi aktlar:
Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında Yazı sonuncu dəfə 2019-02-04 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!