Müəssisədə ehtiyatların uçotuAdətən bütün mal-material ehtiyatları müəssisənin anbarına mədaxil edilir. Mal-material ehtiyatlarına daxil ola bilər:
Malların anbarda uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır. Anbarda ehtiyatların uçotu bu işə müəssisə rəhbəri tərəfindən təyin edilmiş anbardar tərəfindən aparılır. Anbardar ilə tam maddi-məsuliyyət müqaviləsi bağlanılmalıdır. Tam maddi məsuliyyət müqaviləsi yalnız 18 yaşına çatmış və mal-material ehtiyatları ilə birbaşa işləyən şəxslər ilə bağlanıla bilər. Əgər işçi ilə tam maddi məsuliyyət müqaviləsi bağlanılmayıbsa, o zaman, işçidən dəymiş zərərin tam kompensasiyası tutula bilməz. Yalnız orta əmək haqqı miqdarında dəymiş zərərin kompensasiyası tutula bilər.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-22 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!