Məzuniyyət haqqı hesablama vərəqi

Məzuniyyət haqqı hesablama vərəqi ciddi hesabat blankı deyil və onun forması müəssisə tərəfindən sərbəst müəyyən edilir. Lakin, ümumi gəbul edilmiş forması vardır.

Məzuniyyət haqqı hesablama vərəqi bir nüsxədə tərtib edilir, və onun əsasında mühasib işçiyə məzuniyyət haqqını hesablamalı və ödəməlidir.

Məzuniyyət haqqı hesablama vərəqinin üz səhifəsində məzuniyyət təqdim edilən iş dövrü, məzuniyyət günlərinin sayı, və məzuniyyətin ilk günü və son günü qeyd edilir.

Hesablama vərəqinin arxa səhifəsində məzuniyyət haqqının hesablanmasında istifadə edilən məlumatlar qeyd edilir. Bu məlumatlara daxildir:

  • Hesablama dövrü. (Hesablama dövrü məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayı sayılır);
  • Hesablama dövrü ərzində bir günlük əmək haqqı;
  • Məzuniyyət günlərinin sayı;
  • Ödəniləcək məbləğ.

Hesablama vərəqinin üz səhifəsini kadrlar bölməsinin məsul işçisi imzalayır. Arxa tərəfini isə müəssisənin mühasibi. Hesablama vərəqi müəssisədə 5 il saxlanılır.

Misal.

İşçi 01.09.2016 tarixindən əmək müqaviləsi ilə işə gəbul edilib. İşçi birinci iş ilinə düşən əmək məzuniyyətinə çıxmaq üçün 25.05.2017 tarixində ərizə ilə müraciət edib ki, ona 01.06.2017 tarixindən 21 gün əmək məzuniyyəti verilsin.

İşçinin son 12 ay aldığı əmək haqqı aşağıdakı cədvəldəki kimi olmuşdur:

Tarix Ödənilmiş məbləğ
Sentyabr 2016 1 667.61
Oktyabr 2016 1 667.61
Noyabr 2016 1 667.61
Dekabr 2016 1 910.04
Yanvar 2017 1 910.04
Fevral 2017 1 910.04
Mart 2017 1 910.04
Aprel 2017 1 910.04
May 2017 1 910.04
Cəmi 16 463,07

Beləliklə, işçi 9 ay işləyib və məzuniyyətə çıxıb. İşçinin məzuniyyət haqqını hesablayaq.

Orta aylıq əmək haqqı = (13 800)/9 = 1 829.23 manat

Bir günlük əmək haqqı = 1 829.23 / 30.4 = 60.17 manat

Məzuniyyət haqqı = 21 * 60.17 = 1 263.61 manat

Məzuniyyət haqqı hesablama vərəqini yükləyin..

Yazı sonuncu dəfə 2019-02-03 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!