İşçilərin sayı və ya ştatları ixtisar ilə bağlı işdən azad edilməAR Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən işəgötürən işçiləri "işçilərin sayı və ya ştatları ixtisar edilməsi" səbəbi ilə işdən azad edə bilər. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İşçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq forması aşağıdakı kimi ola bilər:
İşçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə xəbərdarlığı yükləmək. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Eyni zamanda müəssisə işçiyə müəssisədə onun aldğı təhsilinə, təcrübəsinə və bacarıqlarına uyğun başqa vəzifələrə keçməyi təklif etməlidir. Əgər işçi razı deyilsə, o zaman, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən xitam verilir. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdar etməlidir. İxtisar keçirilən zaman aşağıdakı hallar nəzərə alınmalıdır:
Əmr forması aşağıdakı kimi ola bilər:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-09-27 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!