Hesablama-ödəmə cədvəliHesablama-ödəmə cədvəli müəssisənin hər-bir struktur bölməsi üzrə bir nüsxədə hazırlanır. Hesablama-ödəmə cədvəli üçün "Forma N-1HÖC" forması nəzərdə tutulubdur. Hesablama-ödəmə cədvəli müəssisənin rəhbəri, baş mühasibi və xəzinadar imzalayırlar. Müəssisə rəhbərinin və baş mühasibin imzası olmasa cədvəl əsasında ödəniş aparıla bilməz. Cədvəlin sonunda ümumi ödənilmiş və deponent edilmiş əmək haqqının məbləği qeyd edilir. Cədvəldə əmək haqqının ödənilməsi üçün alınmış pullara görə tərtib edilən kassa məxaric orderinin rekvizitləri də qeyd edilə bilər. "Hesablama-ödəmə cədvəli"-nin saxlama müddəti 3 ildir, müəssisədə işçilərin Şəxsi hesabları olmadıqda - 75 il.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!