Əmək haqqının karta köçürülməsi

Əmək haqqı kartı müəssisə tərəfindən əməkdaşlarına əmək haqqlarının, mükafatların və bu kimi ödəmələrin həyata keçirilməsi üçün istifadə olunan kartdır.

Adətən işəgötürən müəssisə bank ilə müqavilə bağlayaraq öz işçiləri üçün bank hesabı açır və əmək haqqı kartları sifariş edir. Kart hesabı hər bir işçinin adına ayrı-ayrılıqda açılır. Bank kartlarının emissiyası və istifadəsi müqaviləsinin bağlanması qaydaları AR Mərkəzi Bankın təsdiq etdiyi Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları-na əsasən aparılır.

Bu müqaviləyə əsasən müəssisə bankın xüsusi hesabına pul köçürür, bank isə, öz növbəsində, bu hesabdan işçilərin hesablarına əmək haqqlarını köçürür. Bank hər bir işçiyə kart hesabı açır və bu hesaba bağlı olan bank kartı hazırlayır.

Bank ilə müqavilə bağlamaq üçün müvafiq sənədlər bank təqdim edilir. Hər bir bank sənədlərin siyahısını özü tərtib edir. Lakin, əsasən bu səndələr tələb olunur:

  • əmək haqqının ödənilməsi ilə bağlı hesablaşma-kassa əməliyyatlarını plastik kart vasitəsi ilə həyata keçirilməsi barədə müqavilə;
  • işçilərin siyahısı;
  • kart hesabının açılması ilə bağlı hər bir işçinin ərizəsi və ya bank kartının istifadəsi və xidməti barədə müqavilə
  • şəxsiyyət vəsiqəsinin sürəti;
  • əmək haqqlarının ödəmə qrafiki;

Əgər müəssisənin bu bankda hesablaşma hesabı yoxdursa, əlavə olaraq müəssisənin nizamnamə sənədləri, imzaların nümunələri kartı və s. sənədlər tələb oluna bilər.

Bank ilə müqavilə bağlandıqdan sonra, işçilər plastik kart almaq üçün, bank tərəfindən verilən anketi doldururlar. Bundan sonra bank hər bir əməkdaş üçün kart hesabı açır.

İşçilərin hesablarına əmək haqqlarını işəgötürən birbaşa öz hesablaşma hesabından köçürür.

Köçürülmənin həyata keçirilməsi üçün müəssisə banka aşağıdakıları təqdim edir:

  • işçilərin hesablarına köçürmələrin siyahısı. Siyahı ödəniş sənədlərini imzalamaya hüququ olan müəssisənin vəzifəli şəxsləri imzalamalıdır. Siyahı müəssisənin məhürü ilə təstiqlənir. Siyahıda hər bir işçinin saiyadı, adı, atasının adı, köçürmə məbləği, kart hesabının rekvizitləri qeyd edilir.
  • kart hesablarına köçürülməli olan əmək haqqının ümumi məbləğinə "Ödəniş tapşırığı". Odəniş tapşırığı "Hesablama cədvəli" əsasında tərtib edilir. Ödənişin təyinatı qrafasında "Hesablama cədvəlinin" nömrəsi və tarixi qeyd edilir.


Yazı sonuncu dəfə 2018-09-29 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!