Elektron Qaimə-FakturaAR Vergi Məcəlləsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura verilməlidir:
Belə ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim edilməlidir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Elektron qaimə-fakturanın tərtib edilməsi Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Elektron qaimə-fakturaların tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodlarını buradan əldə edə bilərsiniz. Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr (Yenilənmə Tarixi: 21.01.2020) e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir:
Qeyd. Ştrix-kod - sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan koddur. Elektron qaimə-fakturada məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir. Elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Elektron qaimə-fakturanın “Təqdim edən” rekvizitində malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Alıcı” rekvizitində isə malın (işin, xidmətin) alıcısının tam adı və VÖEN-i göstərilməlidir. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildiyi halda, elektron qaimə-fakturanın “Növü” rekvizitində “Dəqiqləşdirilmiş” qeydi seçilməklə dəqiqləşdirilən elektron qaimə-fakturanın seriyası, nömrəsi və dəqiqləşdirmənin səbəbi “Əlavə qeydlər” rekvizitində göstərilir. Elektron qaimə-fakturanın bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması AR Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması AR Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Elektron qaimə-fakturanın növləri Əməliyyatların xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilə bilər:
Elektron qaimə-fakturanın təqdim edilməsi müddətləri
Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi Vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı elektron formatda təqdim edir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. Elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildikdə, elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat vergi ödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya təqdim edilmiş elektron qaimə-fakturanın dəqiqləşdirilməsinə zərurət yarandıqda, elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. Qeyd. Bu Qaydaların 3.4-cü və 3.8-ci bəndlərində nəzərdə tutulan hallarda elektron qaimə-faktura çap edildiyi halda “Təhvil aldım” bölməsi vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcı tərəfindən doldurulur. Vergi orqanları tərəfindən aparılan operativ vergi nəzarəti zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınması yoxlanılır. Elektron qaimə-fakturanın istifadəçi təlimatı AR Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89-№-li qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və AR Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edirlər. Elektron qaimə-fakturaları göndərmək üçün vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsinə (o cümlədən, ASAN İmza) malik olmalıdır. Elektron qaimə-fakturaların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilir:
e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid Malların alışını təsdiq edən Elektron Qaimə Fakturanın olmamasına görə məsuliyyət Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan "Malların alış aktı" (Forma N MAA-1), idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə istehsal fəaliyyəti ilə məşğul olanlar üçün "İstehsal ehtiyatlarının alış aktı" (Forma № İEAA-1) sənədlər olmadıqda aşağıdakı miqdarlarnda maliyyə sanksiyası tətbiq edilir:
Malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Elektron Qaimə Fakturanın təqdim edilməməsinə görə məsuliyyət Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala görə aşağıdakı miqdarlarnda maliyyə sanksiyası tətbiq edilir:
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 16.1.11-6, 58.8.2, 58.13, 58.16, 71-1 Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Yazı sonuncu dəfə 2020-01-23 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!