İşlərin təhvil-təslim aktıİşlərin təhvil-təslim aktı sifariş edilən işlərin icraçı tərəfindən görülməsini təsdiqləyən sənəddir. Bu sənədin forması əsasən podrat müqaviləsinə qoşma kimi və görülən işlərin təsdiqi kimi tərtib edilir olur. "İşlərin təhvil-təslim aktı" podratçı tərəfindən işlərin görülməsindən sonra (və ya müqavilədə qeyd edildikdə işlərin müəyyən mərhələsindən sonra) sadə yazılı formada hazırlanır. Mühasibat və vergi uçotunun düzgün aparılması üçün icraçı yerinə yetirdiyi bütün əqd və əməliyyatları, o cümlədən podrat müqavilələri çərçivəsində olan əməliyyatları, doğru-düzgün sənədləşdirməlidir. Belə ki, podrat müqaviləsində işlərin gəbul edilməsi qaydaları və "İşlərin təhvil-təslim akt"-larının tərtib edimləsi vaxtları mütləq qeyd edilməlidir. "İşlərin təhvil-təslim akt" podrat müqaviləsi çərçivəsində görülən işlərin dəyəri, keyfiyyəti, həcmi ilə bağlı mübahisələrdə, və eyni zamanda, müəssisənin vergi və mühasibat uçotunda əsas sənəd hesab edilir. "İşlərin təhvil-təslim akt"-ı tərtib edilməsə podratçı ödəniş tələb edə bilməz. "İşlərin təhvil-təslim akt"-ında aşağıdakı zəruri rekvizitlər mütləq olmalıdır:
Sifariş edilən işlərin bitməsi müddəti uzun olduqda və işlər bir neçə mərhələdən ibarət olduqda "İşlərin təhvil-təslim akt"-ı ümumi işlərin ayrı-ayrı mərhələləri üçün də ayrı-ayrılıqda hazırlana bilər. İşlərin ayrı-ayrı mərhələlərinin təhvil-təslimi ümumi işlərin təhvil-təslimi ilə eyni qaydada aparılır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-06-07 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!