Yanlış məlumatlara görə kim məsuliyyət daşıyır?
2019-04-16 | Kadr işi | 2453Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib. Onların 41 faizi əmək müqavilələrinin bağlanmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39 faizi işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5 faizi qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15 faizi isə digər hüquq pozuntularından ibarət olub.
Bəzi hallarda işəgötürənlər bilərəkdən və ya bilməyərəkdən əmək müqaviləsi ilə çalışan işçilərə aid məlumatları elektron sistemə yanlış daxil edirlər. Buna ştatların adında, əməkhaqqı məbləğlərində daha çox rast gəlinir. Bəzi hallarda isə vergi hesablarında məlumatlar doğru göstərilmir və nəticədə hesabatlarda və vergi ödənişlərində uyğunsuzluq yaranır. Bəs bu zaman işçinin vergi və məcburi sosial ödəmələri ilə bağlı hansı öhdəlikləri yaranır?
Suala aydınlıq gətirən hüquqşünas Elnur Əliyev bildirib ki, işçinin əməkhaqqına görə ödənilməli olan verginin məbləği elektron sistemdə qeyd edilən məbləğdən asılı olsa da, faktiki olaraq, işçinin kart hesabına ödənilən vəsaitdən tutulmalıdır. Ona görə də portalda hansı məbləğin göstərilməsindən asılı olmayaraq, işəgötürən vergini işçiyə ödədiyi əməkhaqqından tutmalıdır.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov əmək müqaviləsi ilə işləyən işçilərin vergi və sosial ödənişlərlə bağlı məsuliyyətinin işəgötürənin üzərinə düşdüyünü bildirib. Çünki həmin şəxslərin vergiləri ödəmə mənbəyindən tutulur. Belə olan halda, elektron informasiya sistemində məlumatlar yanlış olarsa, əməkhaqqı aşağı göstərilərsə və nəticədə hesablanan vergi məbləği az olarsa, məsuliyyət işəgötürənin üzərinə düşür.
Vergi Məcəlləsinin 58.1-ci maddəsində göstərilib ki, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bəzi hallarda isə işəgötürənlər əmək müqavilələrini elektron sistemə daxil etmədən işçilərlə kağız üzərində müqavilə bağlayırlar. Qanunvericiliyə əsasən, belə hallarda konkret məbləğlərdə cərimələr nəzərdə tutulub. Vergi Məcəlləsinin 58.10-cu bəndinin tələbinə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mövqeyini də öyrəndik. Xidmətdən Əmək Məcəlləsinə istinadən bildiriblər ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Başqa sözlə, əmək müqavilələri yalnız elektron sistemə yerləşdirildikdən sonra qüvvəyə minir.
Nazirlər Kabinetinin 2014-cü il 6 iyun 183 nömrəli qərarı ilə təsdiq edilən qaydalarda əmək müqaviləsi bildirişinə daxil edilməli olan məlumatlar öz əksini tapır. Bu məlumatların bəziləri sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və bildirişə daxil edilir. Bəzi məlumatlar isə işəgötürən tərəfindən əl ilə daxil edilir. Yazılı əmək müqaviləsində olan məlumatlar düzgün formada bildirişə daxil edilməlidir. Əmək müqaviləsi məlumatlarının bildirişə yanlış daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmayıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən onu da bildiriblər ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslər işə cəlb edildikdə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək cərimə edilir.
Fərqanə ALLAHVERDİQIZI