Ofisiant və ya aşpazlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunur?
2019-04-24 | Vergilər | 3405Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, aşağıda qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan vergi ödəyiciləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almalıdır:
- Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət;
- Fərdi foto, audio-video xidmətləri (foto-studiyalar istisna olmaqla) sahəsində fəaliyyət;
- Çəkməçi, pinəçi
- Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
- Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər;
- Nəqqaşlıq emalatxanalarının fəaliyyəti;
- Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər;
- Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər.
Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyası tətbiq edilir:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
İqtisadçı ekspert Anar Bayramov maliyyə sanksiyasının hesablanmasını misalla belə izah edir: "Tutaq ki, Bakı şəhərində fəaliyyət göstərən "AA" MMC-yə məxsus olan restoranda Məmməd Əliyev ofisiant kimi çalışır. Operativ vergi nəzarəti zamanı məlum olur ki, həmin şəxsin VÖEN-i olsa da, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almayıb. Bakı şəhərində fəaliyyət göstərən ofisiant üçün aylıq verginin məbləği 20 manat olduğu üçün təqvim ilində ilk dəfə olduğu halda ona 8 manat (20 manatın 40 faizi) məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. Bu maddədə bir məsələyə diqqət yetirmək lazımdır. Operativ vergi nəzarəti müəyyən edilən zaman məlum olur ki, ofisiant restoranda çalışır, amma VÖEN-ə malik deyil. Bu zaman artıq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, restoranın sahibi olan vergi ödəyicisinə əmək müqaviləsi olmadan işçi cəlb etməsinə görə maliyyə sanksiyası tətbiq olunur".
Qeyd edək ki, 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən bir il müddətində bu hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyası tətbiq edilir.
Fəxriyyə İKRAMQIZI