Taksi sürücülərinin vergi və sosial sığorta öhdəlikləri

2019-04-24 | Vergilər | 3177

Azərbaycanda şəxsi avtomobili ilə taksi xidməti göstərən fiziki şəxslər öz fəaliyyətlərini qanuniləşdirmək üçün mütləq "Fərqlənmə nişanı" almalıdırlar. Bunun üçün onlar vergi orqanlarında qeydiyyata durmaqla VÖEN əldə etməlidirlər. Qanunvericiliyə əsasən, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobillə taksi xidməti göstərilməsi fərdi sahibkarlıq fəaliyyəti sayıldığından, belə vətəndaşlar vergi ödəyicisi sayılırlar. Həmin şəxslər həm də əldə etdikləri gəlirlərdən sosial sığorta haqqı ödəməlidirlər.

Vergi məsələləri üzrə ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov mövzunu şərh edərkən bildirib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə daxilində taksi xidməti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Taksi ilə sərnişin daşınmasını həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

VÖEN əsasında şəxsi avtomobili ilə taksi xidməti göstərənlər üçün sadələşdirilmiş verginin məbləği Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar nəzərə alınmaqla hesablanır. Bu əmsallar xidmətin göstərildiyi ərazidən asılı olaraq, aşağıdakı kimi müəyyən edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında - 1,0.

Beləliklə, Bakı şəhərində taksi xidməti göstərən şəxslərin ödəməli olduqları verginin aylıq məbləği 18 manat (9 manat x 2 = 18 manat) təşkil edir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Taksi xidməti göstərən subyektlər bu nəqliyyat vasitəsi üçün növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən, iki iş günündən gec olmayaraq verilir. Hüquqi şəxs yaratmadan taksi xidməti göstərən fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra "Fərqlənmə nişanı" almaq hüququ qazanırlar.

Taksi xidməti göstərən fiziki şəxslərin sosial sığorta öhdəliklərinə gəlincə, 2019-cu il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar, yəni VÖEN əsasında işləyənlərin məcburi dövlət sosial sığorta ayırmalarında bəzi dəyişiklik edilib. Dəyişikliyə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı ilə taksi xidməti göstərən fiziki şəxslər 2020-ci il yanvarın 1-dək minimum əməkhaqqının 20 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər. Gələn il yanvarın 1-dən isə həmin şəxslərin ödəyəcəyi məcburi dövlət sosial sığorta haqqının məbləği minimum əməkhaqqının 25 faizi miqdarında olacaq. Bu isə o deməkdir ki, hazırda ölkə ərazisində fərdi avtomobili ilə taksi xidməti göstərən şəxslər ayda 36 manat (180*20 faiz =36 manat), gələn il isə minimum əməkhaqqının məbləği 180 manat səviyyəsində qalacağı təqdirdə, 45 manat (180*25 faiz = 45 manat) məcburi sosial sığorta haqqı ödəməli olacaqlar.

Elxan SALAHOV

Mənbə: https://vergiler.az/news/articles/1882.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!