Uşaq əməyindən istifadə edənləri gözləyən cərimələr
2019-04-24 | Kadr işi | 2193Bu gün bir çox sahələrdə uşaqların çalışdığının şahidi oluruq. Xüsusilə ticarət sektorunda onların əməyindən istifadə edilməsi adi hal alıb. Bəs qanunvericilik bunu necə tənzimləyir? Yeniyetmələrə və uşaqlara hansı hallarda işləməyə icazə verilir?
Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb.
Məsələyə münasibət bildirən hüquqşünas Səbuhi Axundov bildirib ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 228-ci maddəsinə əsasən, qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Yaşı 15-dən az olan şəxslərin qanunvericiliklə işə qəbul edilməsinə yol verilmir.
Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən məkanlarda - gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə, normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də yolverilməzdir".
S.Axundov əlavə edib ki, yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətə göndərilməsi qadağandır. Onlar üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək olan müddət hesab edilir. Yeniyetmə yaşında olan işçilər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilərlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.
Hüquqşünas qanunvericiliyin bu tələblərinin pozulmasına görə sahibkarların üzərinə düzən məsuliyyətə də toxunub: "Əmək Macəlləsinin 12.2-ci maddəsinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürən, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlər müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər. Məcəllənin 46.4-cü maddəsində isə göstərilir ki, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır".
Qanunvericiliyin bu tələblərini pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun qaydada cərimələrin tətbiqi nəzərdə tutulur. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3.000 manatdan 5.000 manatadək cərimə edilir.
Fərqanə ALLAHVERDİQIZI