ƏDV-dən azad edilən əməliyyatlar

2019-04-28 | Vergilər | 4460

Elə sahibkarlıq sahələri var ki, onların fəaliyyətini inkişaf etdirmək, stimullaşdırmaq məqsədilə bəzi əməliyyatlar, o cümlədən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların idxalı əlavə dəyər vergisindən (ƏDV) azaddır.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, kənd təsərrüfatının stimullaşdırılması və inkişafına dəstək məqsədilə Vergi Məcəlləsində kifayət qədər güzəştlər, azadolmalar yer alıb. Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı ƏDV-dən azaddır.

Burada diqqət çəkilməli olan məqamlardan biri bəzi malların ancaq idxalının, bəzi mallarınsa həm idxalının, həm də satışının ƏDV-dən azad edilməsidir. Məsələn, toxum və tinglərin idxalı ƏDV-dən azad olduğu kimi, satışı da ƏDV-dən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.

Misal:

Quş ətinin istehsalı ilə məşğul olan müəssisə öz istehsal fəaliyyətində istifadə etmək üçün ölkə xaricindən 10.000 manat dəyərində quşlarda xəstəliklərə qarşı istifadə edilən preparat idxal edir. Bu zaman həmin əməliyyat idxalda ƏDV-dən azaddır. Vergi ödəyicisi həmin malın 5.000 manat dəyərində olan hissəsini ölkə daxilində təqdim etdikdə isə bu əməliyyat ƏDV-yə cəlb olunacaq və büdcəyə 900 manat ƏDV hesablanacaq.

ƏDV-dən azadolma və güzəştin malların ixracı ilə bağlı olan əməliyyatlara tətbiq edilməməsi nəzərə alınmalıdır. Tutaq ki, kütləvi informasiya vasitələri məhsullarının alğı-satqısı ilə məşğul olan vergi ödəyicisi 5.000 manat dəyərində qəzet və jurnalı ölkə xaricinə ixrac edir. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə uyğun olaraq həmin məhsulların satışı ƏDV-dən azad edilsə də, bu zaman əməliyyat Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, ƏDV-yə "0" dərəcəsi ilə cəlb olunacaq.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/articles/1941.html

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!